ArxivXəbər lentiXəbərlər

Təhlil- Azərbaycan R-da müxaliflərin mitinqi

Müxalif partiyaların Azərbaycan Respublikasındakı inhisarçılığa və korrupsiyaya qarşı etirazı davam etməkdədir.

2015-2016-cı illər ərzində xalq etirazlarının ilin ilk aylarından başlandığı bir halda, 2017-ci ildə Azərbaycan Respublikasındakı inhisarçılığa və korrupsiyaya qarşı etirazların ilk mərhələsi aprel ayına qalıbdır. Əslində belə görünür ki, müxalif partiyalar iqtidarın vədlərinin icrasını gözləyirmişlər. Eyni zamanda, xüsusən ötən iki ildə xalq etirazları könüllü şəkildə Bakıda və Azərbaycan Respublikasının digər şəhərlərində keçirilmişdi. Amma cari milad ilində müxaliflərin milli şura koalisiyası cari iqtisadi duruma etiraz olaraq anti-hökumət aksiyası təşkil edibdir.

Bununla bağlı, demək lazımdır ki, Azərbaycan Respublikası hökuməti ilə müxalif olan “Demokratik Qüvvələrin Milli Şurası” adlı koalisiyanın aksiyası dünən axşam paytaxtda keçirildi. Bu anti-hökumət aksiyası zamanı Azərbaycan Respublikası hökuməti ictimaiyyətin məhrum təbəqəsinin problemlərinin həllində, inhisarçılıqda və korrupsiya ilə mübarizədə aciz olmaqda ittiham olunubdur.

Etirazçılar habelə siyasi rəhbər və fəalların həbs olunmalarını pisləyərək, siyasi aktivlərin təcili və qeyd-şərtsiz şəkildə azadlığa buraxılmalarını tələb ediblər.

Azərbaycan Respublikası hökuməti ilə müxalif olan “Demokratik Qüvvələrin Milli Şurası” bir qayda olaraq, qərbpərəst partiya və qüvvələrdən təşkil olunub. Bununla belə, Bakı rəhbərlərinin müxtəlif təmayüllü müxalif partiyaların tələblərinə məhəl qoymamalarına görə, demək lazımdır ki, son bir neçə il ərzində İlham Əliyev hökumətinin müxaliflərinin tələbləri bir-birilərinə son dərəcə yaxınlaşıbdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button