ArxivXəbər lentiXəbərlər

İran Astarasında azərbaycanlı sənətkarın rəsm əsərləri sərgisi keçirilir

Azərbaycan Respublikasından olan tanınmış rəssam Rəfiqə Hüseynovanın fərdi rəsm əsərləri sərgisi İranın Astara şəhrestanında yerli məsul şəxslər, eləcə də mədəniyyət və incəsənət xadimlərindən bir qrupunun iştirakı ilə açılıb.

İranın Astara şəhrestanının İslami Mədəniyyət və İrşad İdarəsinin sədri Əbutalib Cavan bu sərginin açılış mərasimində deyib ki, bu azərbaycanlı qadının rəsm əsərlərinə baxışla islami mədəniyyətin zənginliyini dərk etmək olar. O,əlavə edib: Qonşu ölkələrin mədəniyyət və incəsənət imkanları ilə tanışlıq incəsənət coğrafiyasının genişlənməsi ilə nəticələnə bilər.

Azərbaycanlı rəssam Rəfiqə Hüseynova öz rəsm əsərlərinin əsas mövzusunu təbiət, islami təzahürlər, və insani fenomenlər adlandırıb.

Rəfiqə Hüseynova rəssamlıq ixtisası üzrə ali təhsil alıb və iyirmi ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button