ArxivIslamXəbər lentiXəbərlər

Qafqaz ölkələrindən 13 min Ərbəin zəvvarı Astara gömrüyündən keçəcək

Gilan Müqəddəs Məkanların Yenidən Qurulması İdarəsinin müdiri deyib: “Cari ildə Qafqaz ölkələrindən Ərbəin yürüşündə iştirak etmək məqsədilə 13 min Ərbəin zəvvarının Astara gömrük-keçid məntəqəsi vasitəsilə səfər etməsi gözlənilir.”

Qafqaz Mədəniyyət Mərkəzi – Gilan Müqəddəs Məkanların Yenidən Qurulması İdarəsinin müdiri Qulamrza Abbaspur Rəşt Şəhəri İmam Hüseyn (ə) Ərbəini Əlaqələndirici İdarəsinin iclasında Qafqaz ölkələrindən olan Ərbəin zəvvarlarının Gilanda iştirakına işarə edərək deyib: “Cari ildə Kərbəlada Ərbəin yürüşündə iştirak etmək məqsədilə Qafqaz ölkələrindən 13 min Ərbəin zəvvarının Astara gömrük-keçid məntəqəsindən ölkəyə daxil olması və buradan Kərbəlaya getməsi gözlənilir.”

Ərbəin zəvvarlarına Gilanın evsahibliyi edəcəyinə işarə edən Qulamrza Abbaspur deyib: “Rudsər şəhər mokəbi Mehran sərhədində 5 min zəvvarı qəbul edəcək. Astaneyi-Əşrəfiyyə, Siyahkəl, Lahican və Ləngərud şəhərlərinin mokəbləri də Nəcəfdə 5 min zəvvarın yeməyini və məskunlaşmasını öhdəsinə alacaq.

Rəşt, Fumən, Şəft, Sövməəsəra, Masal, Ənzəli və Rizvanşəhr şəhərlərinin mokəbi isə Kərbəlada zəvvarlara xidmət göstərəcək.”

Gilan Müqəddəs Məkanların Yenidən Qurulması İdarəsinin müdiri camaat namazı yerinə yetirmək və dini sualları cavablandırmaq üçün hər mokəbdə iki ruhani olacağını, hər zəvvarın yeməyi və məskunlaşması üçün təqribən 40 min tumən xərc çəkiləcəyini deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button