ArxivXəbər lentiXəbərlər

“JARA” festivalı “səmərəsini” verdi: Festivaldan qayıdan Mariya Zaxarova ərazi bütövlüyünü şübhə altına qoydu

Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova erməni mətbuatına müsahibə verib. O, müsahibəsidə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoyub.

Mariya Zaxarova bir necə gün öncə Azərbaycana gələrək, “Jara” beynəlxalq musiqi festivalında iştirak etmişdi.

Lakin Zaxarova Azərbaycanı tərk etdikdən dərhal sonra, “Sputnik Armenia” ondan müsahibə alıb. Müsahibənin mövzusu isə bu yaxınlarda ölkəmizə səfər edən rusiyalı ideoloqlar, deputatlar və jurnalistlər Aleksandr Duqin, Dmitri Savalyev və Maksim Şevçenkonun Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etmələri, və birmənalı olaraq ərazi bütövlüyümüzü dəstəkləmələri haqda olub.

Jurnalistlər Mariya Zaxarovadan rusiyalı rəsmilərin mövqeyinin, hökumətin mövqeyi ilə uzlaşıb-uzlaşmadığını soruşublar. XİN sözçüsü isə bildirib ki, rusiyalı ideoloqların mövqeyi , ölkənin Xarici İşlər Nazirliyinin mövqeyi ilə üst-üstə düşmür: “İstənilən demokratik cəmiyyətlərdə bir çox siyasətçilərin və ekspertlərin fərqli fikirləri ola bilər. Lakin bu fikirlər dövlətin mövqeyi demək deyil. Amma bu cür fikirlər səsləndirmək onların hüquqlarıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button