ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qəzzə küçələrində qələbə şənliyi keçirilib

Qəzzə əhalisi Fələstin müqavimət qüvvələri ilə sionist rejim arasında atəşkəs razılaşmasının elan edilməsindən sonra küçələrə çıxıb və qələbə şənliyi keçiribdir.
Cibaliya düşərgəsində şüarlar səsləndirən Qəzzə sakinləri Fələstin müqavimət qüvvələrinin sionist rejim qarşısındakı “Azadələrin intiqamı” əməliyyatının qələbəsini qeyd ediblər.
Livanın şimalında yerləşən “Nəhrulbarid” düşərgəsinin fələstinli sakinləri də atəşkəs razılaşmasının elan edilməsindən sonra küçələrə çıxıb və müqavimətin Qəzzədəki qələbəsini bayram ediblər.
İnformasiya qaynaqları dünən gecə yerli vaxtla saat iyirmi ikidə Misirin vasitəçiliyi ilə Fələstin müqavimət qüvvələri ilə sionist rejim arasındakı atəşkəs razılaşmasının icrasının başlandığını bildiriblər.
Ötən çərşənbə axşamı günündən başlayaraq, İsrail rejimi ordusunun qırıcıları Qəzzəyə qarşı hücumlar keçiriblər. Bu hücumlara cavab olaraq, fələstinli müqavimət qrupları Təl-Əvivi və qəsb edilmiş Fələstin ərazilərindəki digər sionistsakinli şəhərləri raket hədəfinə alıblar.
İsrail rejimi ordusu dünən bildirdi ki, fələstinli müqavimət qrupları indiyədək Qəzzədən sionist hədəflərə tərəf min iki yüz otuz dörd raket atıblar, bu rejim ordusu da son hadisələrin əvvəlindən bəri Qəzzədəki üç yüz yetmiş bir hədəfə hücum edibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button