ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Kremlin: Azərbaycan və Ermənistan sülh və sazişlərə sadiq qalsın

Kremlin mətbuat katibi Bakı və İrəvanı Cənubi Qafqazda sülhün bərqərarı üçün sülh və sazişlərə sadiq qalmağa dəvət edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, dünən (14 may) Dmitri Peskov iki ölkə arasında imzalanmış sənədlərin heç bir alternativi olmadığını vurğulayaraq deyib: Azərbaycan və Ermənistanın imzaladıqları sənədlərə uyğun rəftar etməsi qaçılmazdır və sülhün bərqərarı üçün hər iki ölkənin bu sənədlərə uyğun rəftar etməsi zəruridir.
Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bəyanat imzalayıb. Bəyanat sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Bəyanatda bildirilir ki, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra tərəflər – Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar. Bütövlükdə 9 bənddən ibarət olan sənəd üç onillik ərzində davam edən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bundan sonra hərbi müstəvidən siyasi müstəviyə keçirilməsi və Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi mexanizmlərini özündə ehtiva edir.
Amma bu sənədə rəğmən son günlər Ermənistan və Azərbaycan tərəfləri arasında hərbi gərginlik yaşanır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button