ArxivXəbər lentiXəbərlər

Siçovullar bir-birini didir… “Taliban” əmr verdi: İŞİD üzvlərini gördüyünüz yerdə öldürün!

Əfqanıstanda “Taliban” terror təşkilatı öz üzvlərinə xitabən ölkənin qərbində olan İŞİD üzvlərini gördükləri yerdə öldürmələri barədə bəyanat yayımlayıb.

 

“Taliban”-ın yayımladığı bəyanatda bildirilir ki, İŞİD terror qruplaşması ilə istənilən danışıqlar, görüşlər qadağandır və üzvlərdən kimsə İŞİD üzvləri ilə danışarsa, mühakimə olunacaq.

Bəyanatda, “İŞİD-in İslamla heç bir bağlılığı yoxdur. Onlar Amerikaya bağlı təşkilatdır, onlarla döyüşmək Allah yolunda cihad etməkdir” , –  deyə diqqətə çatdırılıb.

Qeyd edək ki,  bir neçə gün öncə “Taliban” Əfqanıstanda bir sıra yüksək vəzifəli İŞİD komandirlərini həbs edərək edam etdiyini açıqlamışdı.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button