ArxivXəbər lentiXəbərlər

Zaxarova Saakyanın Moskvaya səfəri barədə: `Bakının iradı əsassızdır

Qondarma «DQR» rəhbəri Bako Saakyanın Moskvaya səfəri şəxsi xarakter daşıyır və özəl  tədbir kimi baxılmalıdır. FaktXeber.com-un «Moskva-Baku» nəşrinə istinadla verdiyi məlumata görə bu barədə  Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bəyan edib.
“Bu səfərə özəl tədbir kimi baxılmalıdır. Onun statusu bəllidir. Və bu nə Rusiya qanunvericiliyinə – məhz şəxsi səfər kimi, nə beynəlxalq sazişə, nə də Rusiyanın Dalğlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasına ziddiyyət təşkil eləmir. Bu səbəbdən bir müddət əvvəl Azərbaycan tərəfindən irəli sürülən iradlar bizim nəzərimizcə əsassızdır”, – deyə Zaxarova bəyan edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi qondarma “Dağlıq Qarabağ Respublikas”ının prezidenti Bako Saakyanın Rusiyaya səfərini Moskva-Bakı “Dostluq və Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Müqaviləsi”nin ruhuna zidd adlandırıb. Xarici siyasət qurumunun bunula bağlı yayılmış bəyanatında deyilir:
“Rusiyanın Bako Saakyanı qarşılaması Moskva-Bakı münasibətlərinin yüksək səviyyəsi ilə əsla uyuşmur. Qondarma “Dağlıq Qarabağ Respublikası” prezidentinin Rusiyaya səfəri Moskva və Bakının “Dostluq və Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Müqaviləsi”ndə iki tərəfin separatçı hərəkətlərə dəstək verməmə və iki ölkənin suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyünə qarşı fəaliyyətlərin qadağan edilməsi sahəsindəki öhdəlikləri ilə daban-dabana ziddir. Qondarma Dağlıq Qarabağ Respublikasının qanunsuz qrupunun üzvlərinin ATƏT-in Minsk Qrupuna üzv ölkələrə səfəri bu münaqişəli məntəqədə gözlənilməz vəziyyətin yaranmasına gətirib çıxara bilər və onun məsuliyyəti Ermənistanın üzərinə düşəcəkdir”.
Ötən həftələrdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin Fransa və Amerikaya səfərlərinə də etiraz etmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button