Aktual

Medal alan Şeyx

Bir məqamı həm Şeyx həm də hakimiyyət unudur ki, onların könüllərinin xoş olması müvəqqətidir .

Bu arada QMİ sədri Allahşükür Paşazadənin Brüsseldə “Krans Montana” Forumuna qatıldığı və orda “Dinlərin sülh və strukturlaşdırmada rolunun inkişafı” mövzusunda çıxış etdiyi bildirilir. Həmin tədbirdən sonra Şeyxə Forumun medalı də təqdim olunub.

Şeyxin Azərbaycandakı fəaliyyəti haqqında hamı məlumatlıdır, avropalılara isə elə gəlir ki, Azərbaycanda Şeyx olmasa və ya fəaliyyəti indikindən fərqli bir şəkildə qurulsa o zaman Azərbaycanda radikal dindarlar peydə olar və onlar dünyəvi Azərbaycanı xəlifəyə döndərərlər vəyadud da Azərbaycanda ikinci Həsən Nəsrullah peydə olar və ikinci Hizbullah yaranar.

Hərçənd ki, verilən rəsmi məlumatlara görə QMİ sədri tədbirdə Dağlıq Qarabağ münaqişəsinə və dinlərarası dialoq mövzusundan bəhs edib. Ola bilər avropalılar şeyx barəsində gəldikləri qənaət doğrudur, bəlkə QMİ sədri bu cür fəaliyyətdə olmasaydı və ya onun əvəzinə başqa bir şeyx olsaydı, hicabı və dinin haqqını müdafiə etsəydi ola bilərdi ki, Azərbaycanda da bir Həsən Nəsrullah meydana gəlsin.

Ancaq Azərbaycanda Nəsrullah olduğu zaman bu ölkədə sionistlər üçün at oynatmaq indiki qədər asan olmayacaqdı, bəlkə heç mümkün olmayacaqdı. Ancaq bir məqamı həm Şeyx həm də hakimiyyət unudur ki, onların könüllərinin xoş olması müvəqqətidir, artıq Azərbaycanda hacı Tale kimi dindar, mübariz, əzmkar, qorxmaz, cəsarətli, savadlı, dünyanı və dünyəviləri də yaxşı tanıyan gənc nəsil yetişir.

Bu cür gəcnlərə qarşı hakimiyyətin represiyası heç bir nəticə verməyəcək, onlar haqqı sona qədər deyəcək, avropalılar isə bundan üzə vurmasalar da çox narahatdır.

Onların Azərbaycanda baş verən həbslərlə bağlı xeyli çeşiddə məlumat mənbələri var və analitik qrupları var, intəhası bununla belə Şeyxi gözlərində artıqlaması ilə böyüdüblər. Bəla burasındadır ki, medal alan Şeyxə heç kim hicabla bağlı nə bir sual verir, nə bir münasibət öyrənir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button