ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Eurasia Review: İran həmişə Cənubi Qafqazda ərazi bütövlüyünü dəstəkləyib

İranın diplomatiya aparatı rəhbərinin Qafqazın bir sıra ölkələrinə səfərinin ardınca təhlil saytlarından biri yazıb ki, İran region ölkələri ilə əməkdaşlıq etməklə öz iqtisadi münasibətlərini və geopolitik mövqeyini yaxşılaşdırmağa səy edir.

Qafqaz Həqiqətləri xəbər verir ki, Tehranın son günlərdə diplomatik hərəkətləri və xarici işlər naziri Məhəmməd Cavad Zərifin Qafqaz regionunun bir sıra ölkələrinə səfərinin ardınca “Eurasia Review” analtika saytı yazıb: “Əlaqə yollarındakı və Şimal-Cənub nəqliyyat dəhlizində maneələrin aradan qaldırılması İran üçün Qafqaz ölkələri və daha başqa ölkələrlə öz ticarət münasibətlərini genişləndirməyə imkan yaradır.”

Eurasia Review “Amerikanın səsi”, “Azad Avropa radiosu” və bir sıra digər mərkəzlərdə çalışmış analtiki Pavell Globenin qələmi ilə dərc etdiyi məqalədə yazır: “Ermənistan-Azərbaycan müharibəsinin bitməsinin nəticəsindən Cənubi Qafqazda öz nüfuzunu genlişləndirmək üçün istifadə etməyə çalışan təkcə Rusiya deyil. Tehran da bu işi həyata keçirir və bu məqsədinə nail olmaq üçün həm regionda, həm də Moskvada böyük diplomatik səylərə başlamışdır. İran Bakı-İrəvan atəşkəsindən mənfəət əldə etdiyini düşünür. Çünki əlaqə və Şimal-Cənub nəqliyyat dəhlizinin maneələrinin aradan qalxması ilə İran üçün bölgə ölkələri və daha başqa ölkələrlə öz ticarət münasibətlərini genişləndirməyə imkan yaradır.”

 

İranın Qafqazda öz geopolitik mövqeyini yaxşılaşdırmaq istiqamətində təlaşı

Sayt əlavə edib ki, Məhəmməd Cavad Zərif Moskvaya səfər etməklə göstərdi ki, İran Rusiya ilə əməkdaşlıq etməklə bölgədə iqtisadi əlaqələrini genişləndirmək və geopolitik mövqeyini yaxşılaşdırmaq istəyir. Bu addım həm Rusiya, həm də İran üçün qərbin nüfuzunu dayandırmaq və Türkiyənin Azərbaycanda rolunun genişlənməsini məhdudlaşdırmaq anlamı daşıyır. Qeyd olunan addım həm də İran üçün nüvə proqramına görə Qərb və Tehran arasında yarana biləcək yeni gərginliyin qarşısını almaq mənasınadır.

 

İran regionda təhlükəsizliyin təsbiti üçün aktiv səy göstərir

Rusiyanın Beynəlxalq İşlər üzrə Şurasının üzvü Polina Vasilenko deyib ki, gedişatdan belə görünür ki, Tehranın səyləri bölgədə təhlükəsizlik üzərində fokuslanıb ki, təkcə cənubi və qərbi Yaxın Şərqə deyil, həm də Qafqaz vasitəsilə şimala və Rusiyaya geniş çıxış əldə edə bilsin.

Rusiyanın “Kommersant” qəzetinin jurnalistləri Mariana Blinkaya və Kirill Krivoşayev da Zərifin Moskva səfərini şərh edərkən bildiriblər ki, bu səfərdə əsas məqsəd Qarabağda atəşkəs razılaşmasının imzalanmasından sonra regional əməkdaşlıq layihələri və Türkiyənin nüfuzunu məhdudlaşdırmaq barədə danışıqlar aparmaqdır. Çünki Ermənistan, Rusiya və İran bu bölgədə Türkiyənin nüfuzunun genişlənməsini istəmir.

 

İran Cənubi Qafqazın Fars körfəzinə açılan qapısı

Rusiyanın “Valday” beynəlxalq müzakirə klupunun eksperti Fərhad Məmmədov belə inanır ki, İran özünü Bakı və İrəvan üçün Fars və Oman körfəzlərinə açılan qapı kimi tanıdır. Azərbaycan da bu layihəni alqışlayır. Çünki Tehran həmişə Cənubi Qafqazda ərazi bütövlüyünü dəstəkləmişdir.

İranın xarici işlər naziri M.C. Zərif Naxçıvan MR-na səfərində dedi: “Beş ölkəyə səfərimin sonunda və axrıncı mərhələdə Naxçıvana gəldim ki, Qarabağ müharibəsindən sonra bölgədə tranzit və əməkdaşlıq imkanlarını araşdıraq. Acı nəticələr verən müharibədən sonra inşallah, bölgə ölkələrinin əməkdaşlığı ilə İran İslam Respublikası və bölgənin digər ölkələri üçün daha çox əməkdaşlıq və tranzit uyğunlaşmaları istiqamətində birgə əməkdaşlığa imkan yaranacaq və bölgədə davamlı sülhə nail ola biləcəyik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button