AktualAktualArxivXəbər lentiXəbərlər

Ortaq maraqdan ortaq məqsədə doğru; Azərbaycan İran və Ərəbistan yolayrıcında

Azərbaycan Respublikasının hazırkı durumuna və ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə diqqət etməklə bu ölkə daha artıq müsəlman ölkəsi ilə münasibətlər qurmağa təlaş edir.
Qafqaz Mədəniyyət Mərkəzi – İran və Ərəbistan arasında gərginlik hələ də qalmaqdadır. Gərginlik, təkcə ötən il həcc mərasimində yüzlərlə iranlı zəvvarın həlak olması üzündən deyil, Yaxın Şərq hadisələri, xüsusilə də Suruya münaqişəsi bu gərginlikdə əsas rol oynayır.
Ötən həftə Donald Trampın iştirakı ilə Riyazda keçirilən iclasda (Azərbaycan Respublikası da bu iclasa qatılmışdı) İslam NATO-sunun yaradılması barədə müzakirələr aparıldı. Bu iclasda müzakirə olunan hərbi koalisiyanın İran əleyhinə olduğu vurğulandı. Ali Məqamlı Rəhbər iclası təşkil edən Ali-Səud və digər təşkilatçılara qarşı qəti mövqe sərgilədi.
Sözsüz, Bakı rəsmiləri də İranın mövqeindən və Ərəbistan-İran gərginliyindən xəbərdardırlar. Təbii ki, Azərbaycan Respublikası hər bir halda yaxşı qonşu kimi İranla yaxşı münasibətlər qurmağa təlaş edir. Əsasən də İranla iqtisadi və ticarət əlaqələrinin artmasına xüsusi diqqət yetirir. Bunun ən bariz nümunəsi İran və Rusiyanın iştirakı ilə şimal-cənub layihəsinə qatılmasıdır. Sözügedən razılaşma ötən ilin yayında üç ölkənin prezidentlərinin iştirakı ilə imzalandı. Layihə uğurla həyata keçməkdədir. Üç ölkə başçıları iyun ayında Tehranda bir araya gələrək layihənin icrasında irəliləmə prosesini araşdıracaq.
Digər tərəfdən İran və Azərbaycan arasında münasibətlərin davam etməsi Tehranın diqqətindədir. Belə ki, iki ölkə başçıları son telefon danışıqlarında da buna təkid etdilər. İran və Azərbaycan arasında müxtəlif sahələrdə münasibətlərin genişlənməsi Ermənistanın rolunu və yerini zəiflətməkdədir. Ermənistanın İran üçün əhəmiyyətinin azalması dolayısı ilə Azərbaycanın Cənubi Qafqazda mövqeinin möhkəmlənməsinə kömək edir. Buna rəğmən demək olar ki, uzun müddətli ortaq iqtisadi maraq İran və Azərbaycan ölkələri üçün ortaq məqsədlər yarada bilər.
Amma mühüm məsələlərdə biri də Azərbaycanın Pakistan və Səudiyyə Ərəbistanı ilə münasibətində bu iki ölkənin Ermənistan qarşısında sərgilədiyi mövqedir. İslamabad və Riyaz Ermənistanı işğalçı siyasətlərinə görə rəsmi olaraq tanımır. Azərbaycanın hazırkı durumunda elə bu komponent onun adı gedən iki ölkə ilə münasibətlərini gücləndirməyə əhəmiyyət verməsi üçün kifayətdir. Bütün bunlarla yanaşı Bakı dövləti İranın regional məsələləri həll etməkdə yerindən qafil deyil.
Azərbaycanın İran və Ərəbistan arasında çətin seçim durumda qalacağı düşünülə bilər. Lakin diplomatiya məntiqi hökm edir ki, Bakı rəhbərlərinin həmişəki kimi ehtiyatla əməl edəcək və hər iki ölkə ilə münasibətlərdə tarazlığı qoruyacaq. Çünki onlar yaxşı başa düşür ki, Qarabağ münaqişəsinin həlli üçün hər halda İran, Türkiyə, Ərəbistan, Pakistan və digər müsəlman ölkələrinə eyni zamanda ehtiyac vardır.
Hətta, Azərbaycan bəlkə də İran və Ərəbistan arasında yaranmış probelemi həll etmək üçün körpü rolunu da oynaya bilər. Necə ki, Rusiya və Türkiyə münasibətlərini bərpa etmək üçün bu addımı atmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button