ArxivXəbər lentiXəbərlər

Azərbaycan İslam Partiyasından Roma Papasına etiraz bəyanatı

Roma Papasının uydurma “erməni soyqırımı”nı tanıması pislənib
İslamazeri.az-ın AİP-in mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, Roma katoliklərinin başçısı Papa Fransiskin “erməni soyqırımı”nı tanıması faktı partiyanın toplantısında müzakirə edilib. İclasın sonunda bəyanat qəbul edilib: “Roma Papası Fransisk uydurma “erməni soyqırımı”nın 100-cü ildönümü tədbirində etdiyi çıxışda Birinci Dünya Müharibəsi illərində baş verən hadisələri XX əsrin ilk soyqırımı kimi qiymətləndirərək ermənipərəstliyini, xristian təəssübkeşliyini, müsəlmanlara, İslama qarşı ambisiyalarını gizlədə bilməyib. Bu fikir Azərbaycan İslam Partiyası idarə heyətinin toplantısında Roma Papasının uydurma “erməni soyqırımı” ifadəsinin işlədilməsi məsələsinin  qurum təmsilçiləri tərəfindən müzakirəsi zamanı qəbul olunan etiraz bəyanatında yer alıb”. Müraciətdə daha sonra deyilir: “Vatikanda uydurma “erməni soyqırımı”nın Papa Fransisk tərəfindən tanınması məqsədli xarakter daşıyır və bu, heç də Papaya beynəlxalq aləm qarşısında başucalığı gətirmir. Qeyri-ciddi, qeyri-humanist və  qeyri-sabit mövqe papalıq  tarixində güclü tənəzzülün başlanmasından xəbər verir. Tarixi hadisələrin dəqiq araşdırılmadan siyasi qiymətləndirilməsi, eyni zamanda, ikili mövqeyin  sübutudur. Amma XX əsrin tarixində görünən odur ki, əsl soyqırım ötən əsrin əvvəllərində erməni-bolşevik dəstələri tərəfindən bütün Azərbaycan ərazisində, əsrin sonlarında isə Qarabağda, Xocalıda törədilib. İki qarşı cəbhə arasında deyil, silahlı ermənilərin əliyalın azərbaycanlılara-xocalılara hücumu kütləvi qətliam idi”. AİP funksionerləri toplantıda Roma Papasının bu yanlışlığını kəskin pisləməklə, müsəlman dünyasını, sülhsevər və həqiqətpərəst bəşəriyyəti Fransiski qınamağa, Papanın özünü isə islamafobiyadan kənarlaşaraq  təmsil etdiyi cəmiyyəti tarixin rüsvayçı  səhifəsinə salmamağa, İslam dininə çirkab atmamağa çağırdılar.
Mənbə : İslamazeri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button