ArxivXəbər lentiXəbərlər

Çavuşoğlu: İran əleyhinə sanksiyaları doğru hesab etmir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda səfərdə olduğu zaman Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə birgə mətbuat konfransında ölkəsinin İrana qarşı sanksiyalar ilə müxalif olduğunu deyərək, Ankaranın ABŞ-ın istəklərinə əməl etməyə məcbur olmadığını deyib.

Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında APA müxbirinin sualının cavabında deyib: ABŞ hətta “FETÖ” terror təşkilatının lideri Fətullah Güləni ekstradisiya etsə də, Ankara İrana qarşı sanksiyalara qoşulmayacaq.

Çavuşoğlu Türkiyənin ABŞ-ın tələblərinə tabe olmağa və İrana qarşı sanksiyalara qoşulmağa məcbur olmadığını da deyib. Nazir qeyd edib ki, Türkiyə əvvəllər də İrana qarşı sanksiyalara qoşulmayıb.

Türkiyəli nazir əlavə edib: Biz İrana qarşı sanksiyaların əleyhinəyik. Amerika, Avropa Birliyi və ya hər hansı digər tərəf olursa olsun, biz sanksiyaları doğru hesab etmirik. Biz onların istəklərinə əməl etməyə borclu deyilik. Bundan öncə ABŞ-ın Rusiya əleyhinə saksiyalarını da dəstəkləməmişik və hazırkı sanksiyaları da dəstəkəməyəcəyik.

M.Çavuşoğlu həmçinin qeyd edib ki, İran və Türkiyə arasında sıx münasibətlər mövcuddur.

Türkiyəli nazir daha sonra Fətulla Gülənin bir terror təşkilatının başçısı olduğunu və onun ekstradisiyası məsələsinin Ankaranın qonşu ölkələrlə əlaqələri ilə əlaqələndirilməsini doğru hesab etmədiyini vurğulayıb.

Mövlud Çavuşoğlu eyni zamanda ABŞ-ın İran ilə nüvə anlaşmasından çıxmasını yanlış addım adlandırıb və deyib: ABŞ bizim müttəfiqimiz ola bilir. Amma, bu məsələdə Avropa Birliyi də elə Türkiyə kimi rəftar etdi və nüvə anlaşmasından çıxmadı. Bizim qonşu ölkələr ilə əlaqələrimiz hansısa şərtlərdən asılı deyil.

Çavuşoğlu əlavə edib: Amerikadan Ankaraya bir heyət gəlmişdi və biz tam aydın formada onlara bildirdik ki, Türkiyə Azərbaycan Respublikası, İran, Rusiya və İraqdan neft və qaz alır. Biz öz ehtiyacımızı İrandan almayaq da, hansı ölkədən alaq? Və ya Azərbaycandan almayaq da haradan təmin edək? Sizin üçün uzaqdan danışmaq asandır. Biz İran ilə qonşu ölkəyik. Bəzi məsələlərdə fikir ayrılıqları ola bilər. Amma, qonşuyuq və İran İslam Respublikasına qarşı istənilən addıma qarşıyıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button