ArxivXəbər lentiXəbərlər

Akif Çovdarovun vəziyyəti ağırlaşdı – məhkəməyə gətirilmədi

Akif Çovdarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Saat 11-ə təyin olunan məhkəmə ptosesində fasilə elan olunub.

Musavat.com xəbər verir ki, təqsirləndirilən A.Çovdarov məhkəməyə gətirilməyib.

Vəkil Cavid Rzazadə jurnalistlərə bildirib ki, A.Çovdarovun səhhətində ciddi problem var: “Hazırda məhkəməyə fasilə elan olunub”.

Vəkil bildirib ki, digər təqsirləndirilən şəxsləri məhkəməyə gətiriblər.

“Akif Çovdarovun səhhətində ciddi problemlər olduğu üçün prosesə gətirilməyib. Hazırda bir neçə həkim onun saxlanıldığı təcridxanada Akif Çovdarovu müayinə edir”- deyə vəkil qeyd edib.

Prosesə 12:30-a qədər fasilə elan olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button