Aktual

Obamanın Ruhani ilə telefon əlaqəsi – təhlil

İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları prezidentlərinin tarixi telefon əlaqələri dərhal dünya medialarının birinci xəbərinə çevrildi.

Tehran vaxtı ilə cümə günü axşamçağı İran prezidenti Həsən Ruhani Nyu-Yorkdan çıxmaq məqsədi ilə aeroporta tərəf hərəkət etdiyi zaman ABŞ prezidenti Barak Obama onunla telefon əlaqəsi saxladı. 20 dəqiqəlik bu telefon əlaqəsi İran və ABŞ-ın 30 ildən çox diplomatiya münasibətlərinin kəsilməsinə son qoydu və iki tərəf nüvə məsələsinin sürətlə həll edilməsi uğrunda siyasi əzmkarlığa təkid edib, digər regional məsələlərin həlli üçün əməkdaşlıqlara xüsusi önəm vermişlər.
Obama və Ruhani həmçinin ABŞ-ın dövlət katibi və xarici işlər naziri Con Kerri və Cavad Zərifə lazımi əməkdaşlıqlara zəmin yaratmaq missiyasını verdilər.
Obama cənab Ruhani ilə əlaqədən sonra kameralar qarşısına gəlib bu xəbəri təsdiqləyərək aşkarcasına bildirdi ki, nüvə mövzusunun çözülməsi Tehran-Vaşinqton əlaqələrinin bərpa edilməsinə yardım edəcək. O əlavə edib: Çalışır ki, amerikalılar İran prezidenti Həsən Ruhani ilə anlaşma uğrunda müsbət addımlar atsınlar.
İİR prezidenti Həsən Ruhaninin işə başlamasından az bir müddətdən sonra BMT Baş Assambleyasında hazır olmaq üçün Nyu-Yorka səfər etməsi və mötədil mövqedən çıxış edib,
dünya səviyyəsində fəal diplomatik rol oynamağa təkid etməsi siyasi dairələrin diqqətini cəlb etmişdir. Bu səfərin İİR ilə Qərb ölkələri arasında yeni münasibətlərin başlanğıcı olduğu gözlənilmişdir.
Dünya rəhbərləri və diplomatik heyətləri son günlər prezident Ruhaninin rəhbərlik etdiyi İran heyətinin fəal və güclü çıxış etmələrini müşahidə etdilər. Hətta bəzi siyasətçilərin qənaətincə İİR-nin prezidenti və onu müşayiət edən rəsmiləri xüsusi ilə də İranın xarici işlər naziri BMT-nin ulduzuna çevrilmişlər.
İİR-nin prezidenti BMT Baş Assambleyası, Qoşulmayanlar Hərəkatının rəhbərləri toplusu eləcə də ən məşhur Amerika mediaları və digər ölkələrin rəhbərləri ilə görüşlərində elə parlaq çıxış etdi ki, digər ölkələrin rəhbərlərinin müsbət və aydın reaksiyası ilə üzləşmişdir və BMT Baş Assambleyasının bu ilki iclasının ən əhəmiyyətli xəbərlərində yer tutmuşdur.
Ümumiyyətlə müxbirlər, prezident Ruhani ilə müsahibələrdə daha çox İran və ABŞ əlaqələrinə önəm verdilər.
İİR-nin prezidenti digər ölkələrlə əlaqələrdə tam ixtiyara malik olduğuna təkid edərək İran xalqının maraqlarının qorunması çərçivəsində ABŞ-la müzakirənin aparılmasını mümkün saymışdır.
Cümə axşamı İran və 5+1 qrupunun xarici işlər nazirlərinin toplantısı təşkil edilməklə Cavad Zərif və Con Kerri ikitərəfli danışıq apararaq Tehran-Vaşinqton əlaqələrinin bərpa edilməsi uğrunda ilkin faktiki addımları atmış oldular.
Amerika heyətinin İran və ABŞ prezidentləri arası danışığa zəmin yaratmağa neçə gün təşəbbüs göstərməsindən sonra Obamanın Ruhani ilə telefon əlaqəsi saxlamasını İran heyətinin Nyu-Yorkda fəal tədbir və diplomatiyası ilə əlaqələndirmək olar.
Belə ki, şübhə pərdələri İİR-nin dinc, sülhməramlı və eyni halda güclü siyasətlərinin üzərindən kənarlaşdırıldı.
İİR-nin Böyük Rəhbəri Demişkən İranın qəhrəmancasına yumşaqlığı İslam cümhuriyyətinin dünya səviyyəsində parlaq çıxış etməsi və Sionist rejimin təcrid olunması ilə nəticələndi.

azeri.irib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button