ArxivIslamXəbər lentiXəbərlər

Apellyasiya Məhkəməsi vəhhabilərin cinayət işini geri qaytardı

Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Prosesdə apellyasiya şikayətinin hərəkətsiz saxlanılmasına və işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına qərar verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2014-cü ildə saxlanıblar. Onlar Suriya ərazisində həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev və M.Məmmədəliyev 13 il, S.Baxışov, Ə.Həsənov, R.Cəfərov və M.Mərdənov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button