Arxiv

NURÇULUQ NƏDİR? SƏİD NURSİ HAQQINDA NƏ BİLİRİK?

Səid Nursi kimdir? Səid Nursi 1878-cü ildə Türkiyənin Bitlis vilayətinin Nurs şəhərində anadan olub. Rəsmi sənədlərdə adı Səid Okur gedib. İlk təhsilini böyük qardaşı Molla Abdullahdan alıb. 9 yaşında 1887-ci ildə Tağ kəndində Molla Mehmet Əmin Əfəndinin mədrəsəsinə gedib. Lakin 1 il sonra yenidən Nurs şəhərinə qayıdıb. Təbiət etibarilə şərəfini qoruması və hətta əmr şəklində deyilən ən kiçik sözə də dözə bilməməsi onun mədrəsədən ayrılmasına səbəb olub. Daha sonra bir çox mədrəsələrə də üz tutsada ən çox 3 ay Bəyazit mədrəsəsində Şeyx Mehmet Celalidən təhsil ala bilib. Araşdırma zamanı məlum olur ki, onun haqda yazılan məlumatlarda bu 3 aylıq dövrdə 15-20 illik təhsili başa vurduğu qeyd edilir. 3 aylıq təhsili boyunca tələbə yoldaşlarıyla və müəllimləriylə tez-tez mübahisə etdiyi qeyd edilir. Daha sonra Mir Hasan Veli mədrəsəsində Molla Fethullah Efendidən təhsil alıb. Lakin təhsil müddətinə aid bir məlumat verilmir.

Lakin 1895-ci ildən yəni təqribən 17 yaşından sonra hər hansı bir təhsil aldığı barədə məlumat yoxdur. Səid Nursi 1895-ci ildən Bitlis valisi Ömər paşanın, 1897-ci ildə isə Van valisi Hasan paşanın sarayında yaşayıb.

1925-ci ildən təxminən 6000 səhifədən ibarət 14 cildlik Risale-i Nur Külliyatını yazmağa başlayıb və 24 ilə bitirib.

Milliyyətçə kürddür. “Bədiüzzaman”, “Molla Səid”, “Molla Səidi Məşhur”, “Səidi Kürdi”, “Səidi Nursi” ləqəbləri məhşurdur. 1960-cı il 23 martda Şanlıurfada vəfat etmiş, Urfa Xəlil-ül Rəhman Dərgahında dəfn edilmişdir. 1960-cı il 27 may ayında hərbi çevrilişindən sonra yeni Türkiyə hökumətinin qərarı ilə iyulun 12-də qəbri uçurulmuşdur və bilinməyən başqa yerə köçürülmüşdür.

“Tarixçeyi-Həyat” adlı əsəri

“Tarixçeyi-Həyat” adlı əsərində Səid Nursi yazır ki, 15-16 yaşlarına qədər bütün bilikləri sünuhat qəbilindən olub.

Sünuhat sözü bir şəxsin ağlına və xatirinə gələn şeylərə deyilir.

O, yarım ümmi (oxumaq yazmaq bilməyən) olduğunu iddia edərək, özünü ümmi olduğuna işarə edib.

“Tarixçeyi-Həyat”da özü haqda belə yazır, “Yarım ümmiyəm, bir saata ancaq bir səhifə yazını çox nöqsanlı yaza bilirəm.”

Səid Nursi “Risale-i Nur”u Allah tərəfindən ona ilham edildiyini, hətta bəzilərinin ərəbcə bəzilərinin farsca gəldiyini iddia edir.

Şüalar əsərində “Quranın gizli həqiqətləri Risaleyi-Nurla birlikdə bizə enir..”,

Sözlər əsərində isə “Bu bölüm ərəbcə gəldiyi üçün ərəbcə yazıldı” “Yəni bu münacat farsca qəlbə endirildiyindən farsca yazıldı” kimi ifadələrə yer verib

“Risaleyi Nur” barədə… Risaleyi Nur yuxarıda qeyd etdiyimiz kimi, 6000 səhifədən ibarət 14 cilddən ibarətdir. Səid Nursi ilə yanaşı onun “Nur tələbələri”nində fikirləri bu kitabda yer almışdır. Qeyd edək ki, Səid Nursiylə yanaşı tələbələrinin də fikirlərinin hansı əsərdə və hansı bölməsində yerləşdirilməsini, özünün razılığı ilə olmuşdur. Risaleyi Nur Təfsir kitabından daha çox onun əsərlərinin Allah tərəfindən göndərilməsini, müqəddəsliyini isbata çalışılan “yozma” kitabıdır. Bu barədə nümunələrdən özünüz biləcəsiniz .

“Mənə bildirildi, mən də yazdım.” (Kastomonu Lahikası)

“Sizi həm dünya əzabından, həm də axirət əzabından xilas edəcək həqiqəti bəyan etmək qəlbimə endirildi” (Şüalar)

“Daha yazılacaq çox qeybi işarətlər var, lakin izn verilmədi” (Sikkeyi Təsdiqi Qeybi)

Risaleyi Nur müqəddəsdirmi?

“Risaleyi Nur Quranın aynasıdır, bir möcüzə xüsusiyyətindədir… Risaləyi Nura kimsə etiraz edə bilməz; onunla heç nə ölçülə bilməz, heç bir kitab ona bərabər tutula bilməz.” (Sönməz Risaləsi)

“Risaleyi Nur”u Allah Qurani-Kərimdə imzalamışdır. Hz Məhəmməd başda olmaqla, Hz. Əli, Əbdülqadir Geylani, Mühitidin Ərəbi və o biri böyüklər də Risaleyi Nura imza qoymuşlar.” ” (Sikkeyi Təsdiqi Qeybi) “Risaleyi Nur peyğəmbərimizin risalətini yəni peyğəmbərliyinin bir mirasını ustada verər.” (İman Həqiqətləri)

“Risaleyi Nura etiraz edənlər kəfənini boynuna keçirməli, rəzalətə bürünməli və mənəvi cəhənnəmə dünyada girməyi gözə almalıdır.” ” (Sikkeyi Təsdiqi Qeybi)

“Risaleyi Nuru oxumaq və ya yazmaq alim olmaq üçün kifayətdir, başqa məlumata ehtiyac yoxdur.” (Nur meyvələri)

Risaleyi Nurda ”Nur tələbələri” haqqında cəfəngiyyatlar

“Risaleyi Nuru həyat qayəsi edən Nur tələbələrinin yüz adam qüvvəsində olduğu və yüz kitab kopyası çıxardan qədər islama və imana xidmət etdiyi əhli-həqiqət tərəfindən qəbul və təsdiq edilmişdir.” (Tarixçeyi Həyati)

“Qardaşlarım bu günlərdə biri Risaleyi Nur tələbələrinə, digəri isə özümə aid iki məsələ endirildi….Risaleyi Nurun sadiq tələbələri imanla qəbrə gedəcəklər və Cənnət əhli olacaqları qüdsi bir müjdə və qüvvətli bir bəşarətlə göstərilmişdir.” (Kastamonu Lahikası)

Təhrif

Səid Nursi özünün və “Risaleyi Nuru”n doğruluğunu isbat etmək üçün əbcəd və cifr hesabları kimi batil metodlardan istifadə etməyə çalışıb. Əbcəd və Cifr hərflərə, kəlimələrə müxtəlif rəqəm dəyərlərinin verilməsiylə, guya hansısa qeybi sirlərə və elmlərə yiyələnmək üçün istifadə edilən metoddur. Səid Nursi bu metodla Quran ayələri üzərində oynayaraq,özünü və Risaleyi Nuru müqəddəsdirmək üçün istifadə edib

Bir neçə nümunə:

“Heç ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi.” Ənam surəsi 122-ci ayəsi haqqında Şüalar əsərində belə yazır:

“Bu ayənin rəmzi lətifdir. Çünki həm qüvvətli mənəvi gücə, həmdə Cifrə görə bu ayə Risaleyi Nura və müəllifinə baxır. Belə ki, Meytən (ölü) kəliməsi və Səidün Nursi cifrə görə hər ikisi 500 edir. Səidün Nursi ölü idi və Risalatün Nur ilə dirildildi.”

2) ””… O, iman gətirənlərə hidayətdir və şəfadır” Fussilət surəsinin 44-cü ayəsi barədə Şüalar əsərində belə yazır:

“Bu ayənin cifri hesabında yeri 1346 ədədinə müvafiq gəlir. Buda “Risali-n Nur”un 1346 ədədinə müvafiqdir.”

Beləliklə Quran ayəsinin Risaleyi Nura işarə etdiyini isbat etməyə çalışır.

3)“Allah yanında (haqq olan) din, əlbəttə, islamdır” Əl-İmran surəsinin 19-cu ayəsi barədə isə “Tilsimlər Məcmuası” əsərində belə yazır:

İnnəd dinə indallahil İslam=549

Resailin-Nur=548 , Əlifsiz Ləmsiz=549

Diqqət edilməli məqam budur ki, Səid Nursinin bu metodu hətta əbcəd və cifrə uyğun gəlməyəndə, ürəyi istədiyi kimi ərəb hərflərinin işarələrində də məqsədinə çatmağa çalışılıb. Məqsəd isə onun yazdığı kitabın isbat edilməsidir.

Səid Nursi Risaleyi Nurda özü və əsəri üçün müvafiq olaraq “Said i Nursi”, “Said un Nursi”,”Molla Said”, “Saidi Kürdi”, “Bədiuzzaman” və “Risale İ Nur”, “Resail-in-Nur”, “Risalet-in Nur”, “Risale-in-Nur”, “Risaletun-Nuriyyə” adlarından istifadə edir. “Risale-in-Nur” ifadəsi nə türk dilində, nə fars dilində, nə də ərəb dilində yoxdur.

Adlardakı bu fərqlilik isə sayların əbcəd və cifr metodlarının uyğun gəlməsi üçün məqsədyönlü istifadə edilib. İstənilən sayı əldə edə bilmək üçün istədiyi zaman miladi, hicri və rumi təqvimlərindən istifadə edilmişdir.

 

***************************************

Keçən günlərdə Azərbaycanı üzə biləcək ən böyük təhlükələrdən biri – VƏHABİ problemi ilə bağlı bilgilərimizi diqqətinizə təqdim etdik. Və bunun maraqla qarşılandığını nəzərə alaraq bu dəfə digər bir təhlükə barədə faktalrla sizi tanış edirik. Bu gün ola bilsin ki, onlar təhlükə hesab olunmurlar. Elə zamanında Türkiyədə də onları təhlükə kimi görmürdülər. Amma indi onlar Türkiyədə nəinki hakimiyyətdədirlər.

Həm də hər yerdədirlər. Və hətta Türkiyənin 70 illik cümhuriyyət ənənəsini belə darmadağın edərək, öz sistemlərini, öz dərin dövlətlərini qura biliblər. Bəli, söhbət nurçulardan gedir. Zamanında kürd millətmisi Səid Nursi tərəfindən xəyali Kürdüstanın “dövlət dini” kimi yaradılan NURÇULUQDAN… Bu gün Ərdoğan iqtidarının minlərlə türkün qanını axıtmış PKK-nı bir tərəf kimi qəbul edib, az qala bağrına basmasının kökündə də məhz bu məqam dayanır… Səid Nursidən gəlmə ənənə…

Bildirək ki, buna qədər də sözügedən mövzu ilə bağlı oxucularımızı bilgiləndirmişik. Keçən günlərdə açıqladığımız faktlarla sübuta yetirmişdik ki, əslində Azərbaycanda müxtəlif təriqətlərin gələcəyə hesablanmış təhlükə mənbəyi, gələcəkdə partlaması nəzərdə tutulan basdırılmış minalar olduğu hər kəsə məlumdur. Hətta bildirmişdik ki, bu barədə dövlətin başında oturan mübarək simalarmıza da məlumatlıdır. Amma buna baxmayaraq, vətənimiz müstəqil olandan bəri ayrı-ayrı dini cərəyanların rahat-rahat hərəkət edə bildiyi bir poliqonu xatırladır.

Təbii ki, bunun başlıca günahkarı və səbəbkarı məhz bəzi işbaz məmurlardır. Adını “tolerantlıq” qoyub Azərbaycan dövlətini təhlükəli təriqətlərin oylağına çeviriblər.

Hansını misal çəkək: vəhabilərimi, nurçularımı, krişnaidlərimi, «Yehova şahidləri»nimi, baptistlərimi, «Birlik» kilsəsinə tapınanlarımı?… Bir sözlə, Azərbaycanda bu gün olmayan dini inanc növü qalmayıb. Müxtəlif şirnikləndirici təkliflər və pul qarşılığında özlərinə tərəfdaş toplamağa müəssər olan bu kimi dini cərəyanların yeganə silahı vətəndaşlarımızın maddi sosial rifah halının olduqca aşağı olmasıdır.

Yəni onlar insanlarımızın problemlərindən istifadə edərək öz şəbəkələrini günü gündən genişləndirirlər. Bu istiqamətdə dəfələrlə həyəcan təbilinin çalınması da yetərsizdir. Hətta dövlətin ayrıca cavabdeh strukturu olan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsənin dəfələrlə təriqətlərin təhlükə həddinə çatması barədə xəbərdarlıqları da yetərsiz qalır. Bu isə təbii ki, bir TƏBİİ PROSESDİR. Yəni belə də olmalıdır. Çünki Azərbaycandakı təriqətlərinin hər birinin arxalandığı konkret çevrələr, konkret qüvvələr var ki, bu güclər də məhz vəzifə başında oturan ayrı-ayrı işbaz məmurlardır.

Redaksiyamıza açıqlanan faktlarda isə Azərbaycanda az qala 20 ildir ki, fəaliyyət göstərən və açıq-aşkar təhlükə mənbəyi hesab olunan nurçuların iqtidar içindəki haimləri ilə bağlı ilginc məlumatlar yer alıb.

Bildirək ki, DİA.AZ-ı məlumatlandıran şəxs bir zamanlar nurçularla sıx təmasda olub və hətta onların ən etibarlı fiqurlarından biri kimi qələmə verilib. Lakin son altı ay ərzində nurçuların əsl mahiyyətindən xəbər tutan həmsöhbətimiz bizə çox dəhşətli faktları açıqladı:

«Azərbaycanda nurçular artıq iki nəsil yetişdiriblər. Bu vətəndaşlarımız Azərbaycan üçün itirilmiş hesab oluna bilər. Çünki onlar nurçular tərəfindən zombiləşdirildiyindən həmin vətəndaşlarımızın Azərbaycana hansısa formada fayda verə biləcəyini güman belə etmək olmaz».

Həmsöhbətimizin əsas vurğuladığı məqam isə Azərbaycanda böyük biznes şəbəkəsinə malik olan və arxalarında böyük siyasi güc olan nurçuların hamiləri ilə bağlı oldu.

Azərbaycanın «yerli qaydalarına» hər zaman riayət edən nurçuların arxalandıqları məmurlara çox ciddi pullar qazandırdığını bildirən həmsöhbətimiz onu da bildirdi ki, məhz həmin işbazların hesabına nurçulara «gözün üstündə qaşın var» deyən yoxdur: «Nurçular üçün hər yerdə yaşıl işıqdır. Təsəvvür edin, bir təriqət Azərbaycanda hətta telekanala da sahibdir. Doğrudur, burada Türkiyənin özündə də nurçuların iqtidarda olması önəmli rol oynayıb. Amma istənilən halda bu gün «XəzərTV» kimi telekanalın mövcudluğu Azərbaycanın dövlət müstəqilliyini şübhəyə alan bir faktordur».

Onu da qeyd edək ki, həmsöhbətimiz nurçuların Azərbaycandakı əsas dayaqları ilə bağlı olduqca ilginc faktları redaksiyamıza təqdim edib.

Mənbənin bildirdiyinə görə, bu gün himayədarları nurçulardan qidalanırlar, hətta demək olar ki, açıq şəkildə aylıq haqq da alırlar: «Onlara hər ay koknert məbləğdə vəsait təqdim olunur. Bu barədə dövlətin müvafiq qurumları qısa müddət içində dəqiq bilgi əldə edə bilər».

Mənbənin sözlərinə görə, nurçular bu vəsaiti hakimiyyət içində lobbiçiliklərinin aparılması məqədilə verirlər: «Əslində bu normal bir haldır. Məsələn, dünyanın hər yerində, hətta ABŞ-da da ayrı-ayrı bu kimi təşkilatlar öz lobbiçiliklərinin yürüdülməsi naminə pul xərcləyir, ayrı-ayrı dövlət adamlarını, deputatları ələ alırlar».

Nurçularla bağlı iginc faktlarını açıqlayan mənbəmiz onu da vurğuladı ki, digər təriqətlərin təqib edildiyi halda nurçuların Azərbaycanda azad şəkildə fəaliyyət göstərməsi əslində lobbiçiliklərini düzgün qura bilmələrinin nəticəsidir: «Özbəkistanda, Rusiyada bu təriqət tamamən qadağan edilib. Amma Azərbaycanda günü-gündən çiçəklənir və genişlənirlər. Hər halda, bu onların lobbilərinin fəaliyyətinin təzahürü kimi qəbul edilməlidir».

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

………………………………………………………………………………………….

Nurçuluq hәrәkаtının bаnisi Sәid Nursi 1873-cü ildә Bitlis ilinin (vilаyәt) Nurs kәndindә dünyаyа gәlib. Әvvәllәr Sәid Kürdi tаnınsа dа Türkiyәdә sоyаd qаnunu qәbul оlunduqdаn sоnrа аnаdаn оlduğu kәndә bаğlı оlаrаq Nursi sоyаdını qәbul еdib. Sәid Nursinin yüksәk tәhsili оlmаyıb. “Nur Risаlәlәri” аdlı kitаbının Tizyаq аdlı risаlәsinin 68-ci sәhifәsindә әsәrlәrinin özü dеyil, şаgirdlәri (nur tәlәbәlәri) tәrәfindәn yаzıldığı qеyd оlunur. Türkiyәdә mәşrutiyyәt еlаn оlunduqdаn sоnrа Bitlsidә şеyхlik еtmәyә bаşlаmış, аncаq аz sоnrа İstаnbulа gәlib siyаsi fәаliyyәtә qоşulаrаq “İttihаdi Muhаmmәd Cәmiyyәti”nin quruculаrındаn biri оlur.
Sәid Nursi 31 mаrt qiyаmındаn әvvәl Dәrviş Vаhdәddinlә yахın әlаqәlәri qurur. О zаmаn dәrc оlunаn “Vulkаn” аdlı qәzеtdә yаzdığı mәqаlәlәri ilә 31 mаrt hаdisәsini körüklәndirәnlәrdәn vә hәmin dönәmdә yаrаdılmış “Kürt Tеаli Cәmiyyәti”nin fәаllаrındаn оlur. 1912-ci ildә yаzdığı bir kitаbındа “оyаn еy Sәlаhәddin Әyyubinin nәvәlәri kürdlәr” dеyәrәk kürdlәri türklәrә qаrşı qаldırmаğа cәhd еdir. Mәktubаt аdlı әsәrindә isә “türk оlmаdığını, türklük ilә münаsibәtinin оlmаdığı, Türkiyәdә kürd millәti аdlı bаşqа bir millәtin оlduğunu” irәli sürür.
Sәid Nursi istiqlаl sаvаşı zаmаnı хilаfәtin bәrpа оlunаcаğı ümidi ilә Аnkаrаyа gәlir. Аncаq Türkiyәdә dünyәvi rеspublikа qurulduqdаn sоnrа ümidini itirәrәk Vаnа gеdir. 1925-ci ildә Şеyх Sәid üsyаnındаn sоnrа hәbs оlunаn S.Nursi İspаrtа әyаlәtinin Bаrlа kәndinә, dаhа sоnrа isә Kаstаmоnu, Аfyоn vә Әmirdаğа sürgün еdilir. Bundаn bаşqа Аfyоn, Dәnizli, vә Әskişәhәr hәbsхаnаlаrındа yаtır. Sәid Nursi 23 mаrt 1960-cı ildә Urfаdа vәfаt еtsә dә yеtişdirdiyi tәlәbәlәr (nur şаgirdlәri) оnun fәlsәfәsini günümüzә qәdәr gәtirib çаtdırıblаr. Nurçuluq bir tәriqәt kimi fәаliyyәt göstәrsә dә, nurçulаr bu hәrәkаtın tәriqәt dеyil, Qurаni-Kәrimin 20-ci әsrdә tәfsiri üzәrindә qurulmuş bir mәktәb оlduğunu vә sаyı 130-а çаtаn Nur risаlәlәrinin dә Qurаnın tәfsiri оlduğunu iddiа еdirlәr. İlk dәfә 1955-57-ci ildә Qurаni-Kәrim vә Nur Risаlәlәrinin yаzılmаsı ilә bаğlı nurçulаr аrаsındа yаrаnаn pаrçаlаnmаlаr S.Nursinin ölümündәn sоnrа dаhа dа dәrinlәşir. Nәticәdә tәriqәt bir nеçә qrupа bölünür. Birinci qrup “Qurаnа küfr yаzısı ilә хidmәt оlmаz” şüаrını irәli sürәrәk Nur risаәlәlәrinin mütlәq әrәbcә vә әllә yаzılmаsını, bunun üçün dә bütün nurçulаrın әrәbcәni öyrәnmәsinin lаzım gәldiyini bildirir. Bu qrupа “yаzıçı nurçulаr” dеyirlәr. İkinci qrup “охuyucu nurçulаr” kimi tаnınır. Bu qrup dinә хidmәt еdәn әsәrlәrin lаtın әlifbаsı ilә yаzılmаsını mәqbul görürlәr. “Охuyucu” vә “yаzısı” qrup аrаsındа nаrаzılıqlаrın sоnundа 1969-cu ildә “охuyucu”lаr içәrisindәn “Fәtullаh Gülәn qrupu” аyrılır. Bu qrupun digәrlәrindәn fәrqi оnlаrın tәlәbәlәr аrаsındа tәbliğаtа üstünlük vеrmәlәridir. 1982-ci ildә bаş vеrәn Kоnstitusiyа sәsvеrmәsi zаmаnı “охuyucu” qrup аrаsındаn “qәzеtәçi” vә “şurаçı” аdlı yеni bölmәlәrin аyrılmаsı bаş vеrir. Bu gün Yеni Nәsilçilәr kimi tаnınаn “qәzеtәçi” qrupu 1982-ci il Kоnstitusiyаsınа “yох”, “Şurаçı” qrup isә “hә” dеyilmәsinin tәrәfdаrı idilәr. Bu gün nurçulаr “Qаzеtәçilәr”, “Şurаçılаr”, “Fәtullаh Gülәnçilәr” vә “Yаzıçılаr” аdlı qruplаrdаn ibаrәtdirlәr. Bu quruplаr аrаsındа yаlnız “yаzıçılаr” nisbәtәn zәiflәyiblәr. Nurçuluğun dünyәvi rеspublikаyа vә Аtаtürkә qаrşı hәrәkаt оluduğunu görmәk üçün “Nur risаlәlәri”nә bахmаq yеtәrlidir. Hәmin kitаbın “Bаrlа mәktublаrı” bölmәsindә, sәhifә 53-dә Аtаtürk nәzәrdә tutulаrаq: “Tәk gözlü Dәccаl, yа imаn еt, yа bütün dunyаnın istеhzа yеri оlаcаqsаn” dеyilir. Nurçuluq nәzәriyyәsindә Türkiyә Cümhuriyyәtinin tаmаmilә şәriәt vә İslаm prinsiplәri әsаsındа idаrә оlunmаsı, хilаfәt vә sәltәnәtin bәrpа еdilmәsi, inqilаblаrın kеçici оlduğu vә Qurаndаn bаşqа bir Kоnstitusiyаyа еhtiyаc оlmаdığı vurğulаnır. Cәmiyyәtdә tәpki оlаcаğındаn еhtiyаt еdәrәk nurçulәr risаlәlәrdәki bu hissәlәri sеçәrәk bаş tәrәflәrinә mәhkәmәlәrin bәrаәt qәrаrını әlаvә еdirlәr.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button