Şeir

ərbəein

Şükr ola ey Xuda sənə, Kərbübəlayə gəlmişəm,
Zeynəbin ağlayıb gəzən, dəşti-bəlayə gəlmişəm.
Mahi-Mühərrəmin əza,günləri başlayıb yenə,
Hüzn evinə yığılmışıq,İmam Hüseynin eşqinə.
Qəlbi yanan fəğan edib,cuşa gəlib vurur sinə,
Novhə deyib bu yerdə mən şuri-nəvayə gəlmişəm
“Vay Hüseyn ağam” deyib,cümlə vururdu zənciri
Əks-sədası zəncirin,lərzəyə saldı hər yeri.
Dərk eləyən bu səhnəni,yadə salırdı məhşəri,
Zənn elədim ki,bəlkə mən,dari-bəqayə gəlmişəm.
Gözlərimin suyun süzüb,dəstəmaz almışam o gün,
Sübhə kimi dua ilə, səcdədə qalmışam o gün,
Həqqi tutan şəhidləri, yadıma salmışam o gün,
Sanki kəfən geyib həmən qanlı Minayə gəlmişəm.
Yadə salıb Ruqəyyəni,mən də su içmədim qəti,
Hiss elədim dəyir mənə,xeymələrin hərarəti.
Kərbübəlanı bilməyən,dərk eləməz qiyaməti,
Hikmətini bilən deyər-Mən ki, hüdayə gəlmişəm.
Ağrımasın ürək necə,yadə salanda Əkbəri,
Qundağı laxta qan olan,təşnə Əliyyu-Əsğəri
Üz-gözü qan,libası qan, Qasimin əldə xəncəri,
Söylədi ibni Sə’də: – Gəl sənlə vidayə gəlmişəm.
Ravi deyər: – O gün bizim,qəlbimizi dağıtdı qəm,
Həzrəti Əbbasın uzun,qolların etdilər qələm.
Məşqi boyandı qan ilə,oxlar içində dəmbədəm,
Səslədi: – Qardaşım sənə,canı fədayə gəlmişəm.
Zeynəb o gün ölənlərin,qanına qatdı göz yaşın,
Verdi şəhid oğulların,dağ kimi yeddi qardaşın.
Şimri ləin əzab ilən,kəsdi şəhidlərin başın,
Fəxr eləyib öyündü: – Mən,gör nə şücayə gəlmişəm.
Cəddi Hüseyn üçün deyib,ümmətinə bu nüqtəni
-Kim ki Hüseyni incidər,incidəcək demək məni.
Ey Nəbi bu Üməyyənin, nəsli çox ağladıb səni,
Tarixə mən nəzər salıb,böylə rizayə gəlmişəm.
Yaxşı ki sən müsübəti Kərbübəladə görmədin,
Tənha qalan Hüseynivi, qanlı Minadə görmədin
Yetmiş iki kəsik başı,süngü,cidadə görmədin,
Dərk eləyib onun qəmin, mən bu əzayə gəlmişəm.
Cümlə-cahan geyib qara,göz yaşı içrədir bu gün,
Olsa min il də Yusifin, ömrü çəkər bu qəm yükün.
Neyləyirəm o gözləri, ağlamasa Hüseyn üçün,
Onda İlahi mən neçin, dəhr-fənayə gəlmişəm.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button