ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Novruz süfrəsi azərbaycanlılara neçəyə başa gələcək?

Azərbaycanda ərzaq məhsullarının bahalaşması davam edəcək. Bunu “Sputnik Azərbaycan”a müsahibəsində Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynovun sözlərinə görə, ölkədə hər hansı bayram ərəfəsində ənənəvi olaraq qiymət artımı müşahidə olunur.

O bildirib ki, hər hansı bayramlar, xüsusən də Novruz bayramı ərəfəsində ölkədə ənənəvi olaraq məhsulların maya dəyərinin qalxması, keyfiyyətinin aşağı düşməsi müşahidə edilsə də, onlar başa çatdıqdan sonra qiymətlər əvvəlki səviyyəyə düşmür.

Azərbaycanda ən populyar bayramlardan biri – Novruzun istehlak səbətinin qiyməti barədə danışan Hüseynov bu il onu 300 manat həcmində qiymətləndirib ki, bu da ötən ilki göstəricilərdən 20% çoxdur.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button