ArxivSosialXəbər lentiXəbərlər

Aksiyada jurnalistə qarşı zorakılıq olub – Video

Jurnalist Ramin Deko (Cəbrayılzadə) aksiyada zorakılığa məruz qalıb.
Bu barədə Arqument.Az-a Ramin Deko məlumat verib.
O bildirib ki, dünən Türkiyənin Azərbaycandakı  səfirliyi önündə Mübariz Mənsimova dəstək aksiyası zamanı çəkiliş edərkən fiziki zorakılığa məruz qalıb: “”Press” yazılmış gödəkçə əynimdəydi. Polislər və mülki geyimlilər öncə çox sakit davranırdılar, aksiya 20-25 dəqiqə davam edəndən sonra tapşırıq gəldi. Telefonun o üzündən əmr edən adam: “Tutmayın, amma sərt şəkildə müdaxilə edin”, – dedi. Bundan sonra polislər hücuma keçdi. Bütün jurnalistlərə zor tətbiq edildi”.
“Canlı yayımdaydım. Telefonum üç dəfə əlimdən alındı yerə çırpdılar, bu azmış kimi üstünə də çıxdılar. Məni də yerə yıxıb vurdular. Qolumu, ayağımı təpiklədilər. Bir polis də çox sakit şəkildə üstümə çıxıb o biri tərəfə adladı. Ayağım, qolum əzilib, sifətimə bərk yumruq vurdular. Orda olan bütün jurnalistlərə (əksəriyyəti “Press” jiletindəydi və boyunlarından vəsiqə taxmışdılar) zor tətbiq etdilər…”, – jurnalist bildirib.
Martın 18-də bir qrup fəal Türkiyənin Azərbaycanda səfirliyi qarşısında aksiya keçirib.
Aksiyanın Türkiyədə saxlanılan iş adamı Mübariz Mənsimova dəstək məqsədilə keçirildiyi bildirilir.
Polis jurnalistləri və aksiya iştirakçılarını ərazidən zorakılıqla uzaqlaşdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button