ArxivSosialXəbər lentiXəbərlər

Rusiya ordusu Ermənistanda, Rostovda və Volqoqradda təlimlərə başladı

Rusiyanın 4 mindən çox hərbçisi Ermənistan, Rostov və Volqoqrad bölgələrində batalyon taktiki təlimlərinə başlayıb.

Bu barədə Cənub Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, kəşfiyyat-yanğın komplekslərinin tərkibində yerləşən tank bölmələri dağlıq ərazi qatlarının arxasındakı 4 min metrədək məsafədə yerləşən hədəflərə atəş açıb.

Daha əvvəl, Şimali və Cənubi Qafqazın 5 bölgəsində 5 mindən çox hərbçinin və 800-ə yaxın silah, eləcə də hərbi texnikanın cəlb olunduğu batalyon taktiki təlimlərinin sinxron şəkildə keçirildiyi bildirilirdi.

Məlumatda vurğulanıb ki, bu, qoşunların “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərinə daha yaxşı hazırlaşmasına və Cənub Hərbi Dairəsinin qüvvə və vasitələrini xarici hərbi təhdidlərə dərhal və effektiv cavab verməyə hazır vəziyyətə gətirməsinə imkan verəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button