ArxivNardaranXəbər lentiXəbərlər

“Nardaran işi” üzrə məhkəmə iclası keçirildi – FOTO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin işi üzrə hazırlıq iclası başlayıb.
“Nardaran işi” adlanan proses hakim Əlövsət Abbasovun sədrliyilə keçirilib.
Mətbuat və ictimaiyyət nümayəndələri məhkəməyə buraxılmayıb. Prosesdə müttəhimlərin hər birinin iki yaxın qohumu iştirak edib.
T.Bağırzadə bir qrup tərəfdaşı ilə birlikdə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. O, CM-in bir sıra maddəsilə ittiham olunur. Bura qətl, konstitusiya quruluşunu devirmək, qanunsuz silah saxlanması və s. daxildir.
F.Qəhrəmanlı kütləvi iğtişaşlara və dövlət əleyhinə çağırışda, dinlərarası ədavətin qızışdırılmasında ittiham olunur. İstintaq F.Qəhrəmanlını İnternetdə yaydığı fikirlərinə görə təqsirli bilib.
“Turan” xəbər verir ki, prosesin əvvəlində müttəhimlərin anket məlumatları yoxlanılıb. Məlum olub ki, bəzilərinin vəkili yoxdur.
Müttəhim Cabbar Cabbarov ona təyin edilmiş vəkildən imtina edərək bunu ibtidai istintaq zamanı vəkil tərəfindən təzyiqlərə məruz qalması ilə izah edib.
Hakim müttəhimlərin hakimlərə etirazının olub-olmadığını soruşduqda F.Qəhrəmanlı deyib ki, “hakimin dəyişdirilməsi heç nəyi dəyişmir, odur ki, etiraz yoxdur. Rejimin dəyişməsi vacibdir”. Qəhrəmanlı məhkəmə iclasının tez keçirilməsinə çağırıb.
“Kürdəxanıda vəziyyət ağırdır. Belə istidə orada çox sayda adam saxlamağın özü işgəncədir”, – F.Qəhrəmanlı qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button