ArxivXəbər lentiXəbərlər

Fars dili Qafqazda

Hal-hazırda istifadə edilən fars dili, ya dəri farscası orta dövrə aid fars və ya pəhləvi dilinin varisi sayılır. Təsiri görünməkdə olan pəhləvi dili parsa (pars) dialektlərinin biri olaraq qədim pars və mixi daş yazılarla qohumluğu və yaxınlığı olmuşdur.
İranın ətrafındakı məntəqələrdə incə və ədəbiyyat dili olan fars dili Qafqaz məntəqəsinin müxtəlif sahələrində, o cümlədən dövlət orqanlarında, məkan adlarında, sənədlərdə, məktublaşmalarda, ədəbiyyat əsərlərində, şer divanlarında, şəxs adlarında öz təsirini qoymuşdur. Üçüncü hicri əsrində bir sıra İran sülalələrinin Azərbaycanın müxtəlif məntəqələrində hakimiyyəti ərəblərin həmin məntəqələrdə hakimiyyətini tədriclə zəiflətdi. Beşinci hicri əsrinin əvvəllərindən başlayaraq fars dili və ədəbiyyatı ölkənin şimal-qərbinə (xüsusən də Azərbaycana) nüfuz etdi və genişləndi. İranlı əmir və hakimlər farz dili və ədəbiyyatının tərvici üçün heç bir səylərini əsirgəmirdilər. Səlcuqların Azərbaycana hakimiyyəti ilə bu cəhdlər bir neçə dəfə artdı. Səlcuqların dövlət şəxsiyyətləri əsasən Xorasan alimlərindən ibarət idi. Ona görə də dəri farscası ədəbiyyatının tərvici səlcuqların diqqət mərkəzində idi. Yavaş-yavaş şairlər Azərbaycanın hökumət sarayına toplaşdılar. Onların arasında”Gərşaspnamə”nin müəllifi Əsədi Tusi və Qətran Təbrizi kimi tanınmış simalar var idi. Qətran Təbrizini Azərbaycanın farsca yazan ilk məşhur şəxsiyyətlərindən bilmək olar.
Gürcü knyazlıqları və Şirvanşahlar sarayında fars dilindən istifadə edilib, bu dil saray və ədəbiyyat dili olub. Miladi 12-ci əsrdə Gürcüstanda Firdosinin “Şahnamə”si, “Veys və Ramin” və digər onlarla klassik əsər gürcü dilinə tərcümə olunmuşdur.
İran mədəniyyətinin daşıyıcısı olanfars ədəbiyyatı Osmanlı Türkiyəsi, müsəlman hind və türkdilli Orta Asiya ədəbiyyatını öz nüfuzu altında qoyan, Göte, Emerson, Metyu Arnold, Xorxe Luis Borxes kimi şair və ədəbiyyatçıların ilham mənbəyi olan, Vilyam Cons, Taqor, Forster və bir çox digər mütəfəkkirlərin tərifədiyi bir gövhərdir.
Cənubi Qafqaz ölkələrinin (Azərbaycan, Ermənistan və Gürcüstan) hər biri fars dilinin lap qədim dövrlərindən onda iştirak ediblər, onların divan və saray dili olmuşdur. Qafqaz universitetlərində fars dili tədris olunur.
Hazırkı məqalədə Qafqaz ölkələrində fars dilinin mövqei araşdırılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button