ArxivXəbər lentiXəbərlər

İran ilə Azərbaycan arasında anlaşma sənədi imzalanıb

Tehranda İran və Azərbaycan Respublikası arasında beynəlxalq quru nəqliyyatı sahəsində əməkdaşlıq sənədi imzalanıb.

İran İslam Respublikası şosse yolu nəqliyyatı təşkilatının beynəlxalq nəqliyyat ofisinin baş müdiri Rza Nəfisi Tehranda İran və Azərbaycan şosse yolu nəqliyyatı üzrə müştərək komitənin iclasından sonra deyib: İki tərəf informasiya və statistika, mal və sərnişin nəqliyyatı qarşısında duran problemlərin araşdırılması və tafirsiz mübadilə tərzi barədə anlaşma sənədi imzalayıblar.

Azərbaycan Respublikasının Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov da iki ölkə arasında nəqliyyat əməkdaşlıqlarının gün-gündən inkişaf etdiyindən məmnunluq ifadə edərək qarşılıqlı müzakirələrin davam etdirilməsini vurğulayıb.

İran və Azərbaycan müştərək nəqliyyat komitəsinin iclası avtomobil nəqliyyatının inkişaf etdirilməsi məqsədi ilə iki gün müddətində Tehranda keçirilmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button