Aktual

Müxalifət durğunluğa son qoyur: Milli Şura mitinq qərarı verəcək

Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinə 4 aydan az vaxt qalsa da nədənsə cəmiyyətdə siyasi aktivlik müşahidə olunmur. Belə ki, ölkə müxalifəti əvvəlki seçki dövrlərindən fərqli olaraq bu seçki ilində kütləvi etiraz aksiyaları keçirmək məsələsində qərarlı görünmür.
Maraqlıdır, görəsən ölkə müxalifəti yaxın zamanlarda kütləvi etiraz aksiyalarına müraciət edəcəkmi? Məsələylə bağlı AXCP və Müsavat funksionerlərinin mövqeyini öyrənmək qərarına gəldik.
Müsavat başqanının müavini Gülağa Aslanlı əməkdaşımızla söhbətində bu məsələnin yaxın günlərdə müzakirəyə çıxarılacağını bildirib: “İyunun 21-də Milli Şuranın toplantısının keçirilməsi planlaşdırılır və həmin iclasda mitinqlərlə bağlı məsələ müzakirə olunacaq. Müzakirələr zamanı nəzərdə tutulan etiraz aksiyalarının icazəli və ya icazəsiz keçirilməsiylə bağlı məsələ də qərarlaşdırılacaq”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da hər şeyin Milli Şuranın toplantısından sonra bəlli olacağını söylədi: “Hər şey Milli Şuranın keçirəcəyi toplantılardan sola məlum olacaq. Növbəti iclaslarda mitinqlərin keçirilməsi ilə bağlı müzakirələr planlaşdırılır. Məhz bu müzakirələrdən sonra kütləvi etirazların yeri və vaxtı barədə ictimaiyyətə məlumat veriləcək.”(moderator)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button