ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Mövsüm Səmədova atılan ittihamın yalanı üzə çıxdı

Məlumata görə, yanvarın 23-ü ABŞ-də Texas Azadlıq Koalisiyasının mühafizəkar lobbi qrupunun prezidenti Sarah Cessica Fields öz X sosial şəbəkə hesabında Meksika ilə sərhədi qanunsuz keçən bir şəxsin videosunu yayaraq iddia edib ki, “biz bu immiqrantın kim olduğunu bilirik. Bu şəxs Mövsüm Səmədovdur.”Bundan sonra “Amerikanın səsi” və “Azadlıq” radiosunun Azərbaycan xidmətinin müxbirləri Mövsüm Səmədovla əlaqə saxlayıblar. Yayılmış məlumat təkzib edilib. Hazırda Azərbaycanda olduğunu bildirən Səmədov deyib ki, Meksika-Amerika sərhəddinə gedə bilməzdi, çünki onun ölkədən çıxışı qadağan edilib. Bununla yanaşı, Səmədov videoda yer alan şəxsin ona bənzəmədiyini vurğulayıb: “Diqqətlə baxın, eynək istisna olmaqla, oxşarlıq çox azdır”.Məsələdən bir neçə gün sonra Fields yenidən paylaşım edərək Meksika-ABŞ sərhədini qanunsuz keçən miqrantın Mövsüm Səmədov olmadığını deyib: “İndi biz bu qanunsuz miqrantın kim olduğunu bilirik. Videodakı şəxs Mövsüm Səmədov deyil”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button