ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Moskva görüşü: Putin yenidən Əliyevlə Paşinyanın arasına girir

Bu barədə mayın 18-də Nikol Paşinyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, görüş təklifi Kremldən gəlib:
“Biz Rusiya tərəfindən mayın 25-də Vladimir Putinin vasitəçiliyi ilə üçtərəfli sammitin keçirilməsi təklifi almışıq. Bu təklifi qəbul etdik”.
Nikol Paşinyan onu da əlavə edib ki, Fransa Prezidenti, Almaniya kansleri və Avropa Şurası rəhbərinin iştirakı ilə iyunun 1-də Kişinyovda Əliyev ilə beştərəfli görüş planlaşdırılır.
O həmçinin bildirib ki, oktyabrda Qranada da beştərəfli görüşün keçirilməsi planlaşdırılır, Brüsseldə isə növbəti üçtərəfli görüş iyulda planlaşdırılır.
Azərbaycanın rəsmi qurumları mayın 25-də Moskva görüşü barədə hər hansı açıqlama verməyiblər.
Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.
Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.
Bəyanatda qeyd olunur ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tam şəkildə tanıdıqlarını təsdiqləmişlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button