AktualAktualArxivIslamQarabağŞeirSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

MİRZARƏSULZADƏ “Al QARABAĞI…”

Tutum kimin yaxasından, kəsim kimin qapısın
De hansı pəncərə¬lərdən baxam sənə Qarabağ

Səhər- səhər ucalam göylərə günəş sayağı
Narıncı köyn¬əyi gey, qoy şaxam sənə Qarabağ

Ya mən səba kimi hər gün əsəm gələm sənədək
Ya ildırım kimi axşam çaxam sənə Qarabağ

Bulud- bulud göyə yalvarmışam ki, gur yağsın
Ki mən də sellərə doğəru axam sənə Qarabağ

Mənəm Şah İsmayılın oğlu, Ərdəbil balası
İnankı hər gecə axəm, vaxam sənə Qarabağ

Səhəndilə Savalandan çiçəklərin qoxusun
Gətirmişəm qucağımda yaxam sənə Qarabağ

Bu əski bayrağı, əski nişanı, doğəru denən
Ömür kəfaf edəcəkmi taxam sənə Qarabağ?

……………..

Ey gözləri xəzər, buyu savalan
Qartal kimi quzğun¬lardan bac alan
Qaflan kimi qayalardan tac acan
Mən sənin atanam, atanam oğlum
Öz lala qanına batanam oğlum
Əski bir sandıqda gizli bir yazı
Yaşıl bir yaylıqda yatanam oğlum
Mən sənin atanam, atanam oğlum
Mən tarixəm, tarix, aç oxu məni
Ananın saçında gəl toxu məni
Qoyma bir daha tutsun yuxu məni
Mən sənin atanam, atanam oğlum
Yaşıl bir yaylıqda yatanam oğlum
Mən Koroğluların dadı havarı
Qoçaq nəbi¬lərin qeyrət damarı
Məşrutə çiynində güllə- qatarı
Əli Səliminin sazaqlı tarı
Mən sənin atanam, atanam oğlum
Öz lala qanına batanam oğlum
Tarix dəftərində, yanmış bir varaq
Kül¬lərdə qumlanmış qoca bir ocaq
Qocaman ölkə¬mdə qəmli bir bucaq
Mən sənin atanam, atanam oğlum
Öz lala qanına batanam oğlum
Biz bu qəmi yer üzündən silməli
Daha bunu bütün el¬lər bilmə¬li
Biz dağlarda dəmirçi oğlu dəli
Kərbəladə Hüseyn, Xeybərdə Əli
Əli Vəliullah bizlərə vəli
İl¬lər gələr gedər, bizim ad itməz
Vətən sevdasıdır, çox qolay bitməz
Amma sən Qarabağda bağlanan nütfə
Yay¬da ay işığında ilk bir sevinc
Bir ata həsrəti, ana niskili
Sən abad bir ölkə¬, azad bir elin
Sən Şuşanın, Xankəndinin
Bəlkə Bərgüşadın igidisən oğlum
Bizim oralarda uca ağacdan, qoca bir saz, asılı¬dır belindən
Bir Qırat bağlanıb sazın telindən
Qıratı min, o, sazı sat bir avtomat silah al
Sal çiyninə gəz dağları, daşları
Sil ağlar gözlərdən axan yaşları
Qov qurdu ölk¬ədən, al Qarabağı
Bir daha dillərə sal Qarabağı
Yenə mahnılarda çal
QARABAĞI.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button