ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İbrahim Rəisi: Qonşularla iqtisadi əlaqələrin inkişafı İranın prioritet siyasi xətti olmalıdır

Prezident seçiləcəyim təqdirdə, ilk növbədə, İranın qonşu dövlətlərlə iqtisadi əlaqələrinin daha da genişləndirilməsi istiqamətində layihələrin həyata keçirilməsinə imkanlar yaradacağam.

Qafqaz.ir  xəbər verir ki, bu sözləri prezidentliyə namizəd İbrahim Rəisi iş adamları ilə keçirdiyi görüşdə deyib. O qeyd edib ki, qonşu ölkələrlə qarşılıqlı sərmayə yatırımını artırmaq və münasibətləri yüksələn xətlə inkişaf etdirmək üçün çalışacaq.

Region ölkələrinin bazarlarında İranın payının az olduğunu bildirən İbrahim Rəisi bunun artırılması üçün diplomatik əlaqələrin genişləndirilməsinin zəruri olduğunu bəyan edib. Qonşu ölkələrə ixracın həcmini artırmaq üçün diplomatiyanın vacibliyini vurğulayıb.

Prezidentliyə namizəd qeyd edib ki, ölkənin iqtisadi problemlərinin həlli üçün region dövlətləri ilə əlaqələrin inkişafı prioritet siyasi xətt olmalıdır. İşsizlik, inflyasiya və korrupsiyaya qarşı mübarizənin də güclənəcəyini nəzərə çatdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button