ArxivXəbər lentiXəbərlər

Nardaran Ağsaqqallar Şurasından Səudiyyəyə etiraz

Nardaran Ağsaqqallar Şurası böyük İslam alimi Ayətullah Nimr əl-Nimrin edamı ilə bağlı etiraz bəyanatı yayıb

 İslamazeri.az-a daxil olan  bəyanatda deyilir:

“Səud rejimi XXI əsrin ən böyük fasadlarından birini törətdi. Böyük və tanınmış İslam alimi şeyx Baqir Nimrin edam edilməsi dünyanı heyrətə gətirdi. Görkəmli İslam alimi ilə vəhşicəsinə rəftar olunmaqla məhv edilməsi müsəlman olan kəsdə dinimizə qarşı düşmənçilikdən başqa bir təəssürat yaratmır. Vaxtilə əlqaidə, hazırda isə İŞİD terror təşkilatının canlı resursunu təmin edən bu rejim həmin təşkilatların müsəlmanların qətliamında göstərdikləri qəddarlıqları təkrar edərək eyni texnologiya ilə baş kəsir, nahaq qanlar tökür.
Biz Nardaran ağsaqqalları hesab edirik ki, Ayətullah Nimrin vəhşicəsinə öldürülməsi Səudiyyə Ərəbistanı hakimiyyətinin dövlət səviyyəsində törətdiyi bir terrordur. Müsəlman dünyası bu terroru İslama qarşı törədilən bəşəri cinayət kimi qiymətləndirməli, belə qaniçən rejimlərlə bütün əlaqə və münasibətləri bir daha nəzərdən keçirməlidir.
Böyük İslam aliminin vəhşicəsinə, həm də ədalətsiz və haqsız olaraq haqqında edam hökmü çıxarmaqla qətlə yetirilməsi, göründüyü kimi özünü dünyaya demokratik, insan haq və azadlıqlarını qoruyan dövlət kimi sırımaq istəyən dövlətləri heç də narahat etmir. Çünki səud rejiminin bu addımı məhz Amerika və dünya sionizminin ideyası olaraq İslam aləmində təriqətlərarası düşmənçilik və qarşıdurmaya xidmət edir. Belə xidmətçilərdən biz də xali deyilik. İçərimizdə elə “müxalifət” təmsilçiləri də vardır ki, bu cinayətə haqq qazandırmaq üçün əsl İslam dövlətinə qarşı saxta arqumentlərlə çıxış etməyi özlərinə rəva bilir, xarici, xüsusən də qərb himayədarlarına sadiq olduqlarını sübut edurlər.
Biz bütün İslam dünyasını kral Salmanın bu qeyri-insani və qeyri-İslami, anti- bəşəri addımına kəskin münasibət göstərməklə, bu rejimin şeytana xidmətini dərk edərək təzyiqləri artırmağa çağırırıq. Başqa cür buna hər bir müsəlman qiyamət günü cavab verməli olacaqdır.
Nardaran Ağsaqqallar Şurasının sədri
Kərbəlayi Natiq Kərimov”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button