ArxivXəbər lentiXəbərlər

DEVAMM ayətullah Şeyx İsa Qasimin təqiblərinə etiraz edir

Bəhreyn Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri ayətullah Şeyx İsa Qasimin vətəndaşlığının ləğv edilməsi beynəlxalq ictimai rəyi, xüsusən də ümmətin aparıcı elmi mərkəzlərini ciddi şəkildə narahat etmişdir. Bəhreynin diktator rejimi öz hakimiyyətinə qarşı hər hansı fərqli fikir söyləyən, tənqid edən insanlara qarşı amansız və qəddar davranış sərgiləyir, etirazçılara divan tutur.

DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi və İçərişəhər “Cümə” məscidi dini icması bu haqsızlığa qarşı etiraz bəyanatı qəbul etmişdirlər. DEVAMM-ın sədri, İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: “Bəhreyn rejimi öz hakimiyyətinin qalması üçün qeyri-qanuni yollara əl atmaq prosesini davam edərək, dəyərli alim ayətullah Şeyx İsa Qasimin vətəndaşlığının ləğvi istiqamətində addım atmışdır.

Bu, həmin rejimdir ki, bir müddət öncə demokratik dəyişikliklər istəyən və öz haqlarını müdafiə edən xalqın etirazlarını amansızlıqla yatırtmış, dinc nümayişçiləri ağır repressiyalara məruz qoymuş, ictimai fəalları həbsə atmışdır. İndi isə repressiyanın növbəti dalğası olaraq, artıq dəyərli alimə qarşı kəskin təqiblər başlamışdır.

Bəhreyn rejimi havadarlarının ayətullah Şeyx Nimri edam etməsinə dünya ictimaiyyətinin sərt reaksiyasından dərs götürməyən rejim, analoji rəftarları dəyərli alimlərə qarşı sərgiləməklə, öz qeyri-legitim hakimiyyətlərinin ömrünü uzatmaq niyyəti güdürlər.

Biz baş verən bu qanunsuzluğu, o cümlədən ayətullah Şeyx İsa Qasim cənablarının vətəndaşlığının ləğvini insan haqlarının kəskin surətdə pozulması kimi dəyərləndirir, bu yöndə atılan addımların qeyri-qanuni olduğunu bəyan edirik.

Hesab edirik ki, beynəlxalq ictimai rəy, beynəlxalq insan haqları qurumları bu məsələyə birmənalı kəskin münasibətini bildirməlidir. Əminik ki, dünya İslam camiəsinin aparıcı şəxsləri və qurumları bu məsələ ilə bağlı kəskin etirazlarını bəyan etməlidirlər.

Biz bir daha bu 79 yaşlı dəyərli alimin müqəddəratı ilə bağlı dərin narahatlığımızı izhar edir və Bəhreyndəki rejimdən bu təqiblərə son qoyulmasını tələb edirik.(deyerler.org)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button