ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Səfir: İran Azərbaycanı hərbi təlimlərlə bağlı məlumatlandırıb

İran səfiri Seyid Abbas Musəvi ölkəsinin Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə aydınlıq gətirib.

 səfir jurnalistlərə açıqlamasında bildirib ki, İran Azərbaycanı hərbi təlimlər barədə məlumatlandırıb.

“Biz bu hərbi təlimlər barədə qardaş Azərbaycana məlumat vermişdik. Onlar bu təlimlərdən məlumatlı idilər. Bu, sülh naminə olan təlimlərdir”, – Seyid Abbas Musəvi bildirib.

Səfir İran rəsmilərinin tez-tez Ermənistan lehinə bəyanatlar səsləndirilməsinə dair suala da cavab verib: “Bu, İranın hər hansısa bir tərəfi dəstəkləməsi məsələsi deyil, sadəcə İranın uzunmüddətli strateji maraqları ilə bağlıdır. Biz maraqlarımız çərçivəsində öz mövqeyimizi bildiririk” – diplomat əlavə edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button