ArxivXəbər lentiXəbərlər

TBİLİSİDƏ “GÜRCÜSTANDA İSLAM” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ (FOTO)

Ahlibeyt.ge xəbər verir ki, ötən gün Tbilisidə yerləşən “Tiflis Palace” mehmanxanasının konfrans zalında “Qafqaz evi” mərkəzinin təşkilatçılığı ilə “Gürcüstanda İslam – dövlət siyasəti və bölgələrin baxışı” adı altında konfrans təşkil olundu. Konfransda ölkənin tanınmış şərqşünasları, filosof və elm adamları, bölgələrdən din xadimləri, Avropa hüquq müdafiə təşkilatları, yazıçı və media nümayəndələri iştirak etdi.
7 saat sürən konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftisi, şərqşünaslar, elm adamları və Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri çıxış edərək İslam dininin sülh və barış dini olduğundan, İslamın terrorun əleyhinə olmasından, radikal ekstremist qruplaşmaların yaranma səbəblərindən, Qafqazda İslamın tarix və inkişafından və s. mövzularda çıxışlar edildi. Gürcüstanda İslam dininin vəziyyəti, müsəlman icmasının problemləri və nəaliyyətləri haqda açıq fikir mübadiləsi aparıldı.
Konfransda Gürcüstan müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov ilk öncə təmsil etdiyi dini İdarənin strateji planını və fəaliyyət proqramını açıqladı, sonra isə dövlətə təkliflərlə çıxış etdi.
Çıxışın tam mətni:
Bağışlıayan və mehriban Allahın adı ilə
Əziz və hörmətli konfrans iştirakçıları, ilk növbədə sizi salamlayır, olduqca mühüm mövzu ətrafında konfrans təşkil edən “Qafqaz evi” mərkəzinə təşəkkür edir, bizi dəvət edib söz verdiyinizə görə dərin minnətdarlığımı bildirirəm.
Cəmiyyətdə dövlət-din münasibətlərinin sivil normalarla tənzimlənməsi və vicdan azadlığı prinsipinin, eləcə də dinlərarası və mədəniyyətlərarası dialoqun, davamlı dözümlülük mühitinin təmin edilməsi, multkulturalizmin, etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, çoxkonfessiyalı cəmiyyətlərdə ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin inkişafı üçün vacib amillərdəndir.
Bu amilləri nəzərə almadan sabit, tolerant dünyəvi dövlətin formalaşmasında uğurlu nəticələrə nail olmaq qeyri mümkündür.
Biz Gürcüstan Müsəlmanları İdarəsi olaraq çoxkonfessiyalı ölkəmizdə tolerantlığın, dini dözümlülük hissinin inkişafı, müsəlman cəmiyyəti içərisində sağlam ənənəvi İslamın güclənməsi və siyasi təsirlərə düşməməsi və bir sözlə ölkədə dini sabitliyin qorunub saxlanması yönündə müəyyən proqramlar həyata keçirib və keçirməkdəyik.
Bu İdarə məqsədlərinə nail olmaq üçün Gürcüstan Hökümətinin qanunvericilik çərçivəsində öz nizamnaməsini əsas tutub şəffaflığını qoruyaraq,obyektiv şəkildə fəaliyyət göstərir və aşağıdakı strateji planının icrasını həyata keçirir:

1. Müsəlman İctimaiyyətin öz ölkələrində azad və rahat şəkildə dini ainlərini icra etmələri üçün məscid və dini ibadət yerlərinin, tarixi mirasların abadlaşması, təmiri, qeydiyyatı və ehtiyac olan yerlərdə tikilişinə çalışır;

2. Ölkənin müsəlman ictimaiyyəti yaşayan bölgələrdə təyin etdiyi din xadimləri vasitəsi ilə sağlam dini təbliğ edib, yaşadıb qeyri ənənəvi, yanlış və radikal ideologiyaların qarşısını almaq və onlarla mübarizə aparmaq yönündə səy göstərir;

3. Müsəlman cəmiyyətin dini əqidə və ehkamlarını ilə düzgün şəkildə öyrənmələri üçün bölgələrdə ənənəvi dinin maarifləndirməsi sahəsində müxtəlif proqramlar həyata keçirir;

4. Din xadimləri və ilahiyyatçılar üçün istiqamətləndirici təlim kurslarının keçirilməsi. Din xadimlərinin attestasiyası, onların arasında maarifləndirmə işinin keyfiyyət baxımından gücləndirilməsi və bu prosesə sağlam din xadimlərinin, ilahiyyatçılar və digər mütəxəssislərin cəlb olunmasına çalışır;

5. Müsəlman cəmiyyəti və dindarlar arasında vətənpərvərlik ruhunun inkişafına, vətəndaş cəmiyyətinə inteqrasiyasına və ölkədə dini mühitin müsbət tendensiyalara dayanan harmonik inkişafına, dözümlülük və tarixi tolerantlıq münasibətlərinin qorunması sahəsində layihələr həyata keçirmək, bu münasibətlərə təhdid yaradan bütün mənfi təzahürlərin qarşısını almağa çalışır;

6. Müsəmlan məzhəbləri arasında dostluq, bərabərlik və həmrəylik hisslərinin gücləndirməklə dini zəmində qarşıdurma və ayrı-şeçkilik hallarının qarşısının almaq.

7. Müəyyən xeyriyyə proqramları həyata keçirmək, toplanan ianə və yardımlarla kimsəsizlərə, yoxsul və əlillərə yetirir;

8. Dini ənənələri, ain və mərasimləri yaşatmaq sahəsində müəyyən mərasim, konfrans, seminar və s. tədbirlər həyata keçirir.

9. İnanclıların müxtəlif müqəddəs məkanlarda ziyarətlərini və ibadətlərini həyata keçirmələri üçün lazimi şərait yaradır.
Ümidvaram ki, bundan sonra da Gürcüstan Müsəlmanları İdarəsinin bu istiqamətlərdə həyata keçirəcəyi strateji fəaliyyət planı öz effektiv nəticələrini verəcək və ölkədəki dini durumun sabitliyinə xidmət göstərəcəkdir.

Müsəlman icması düşünür ki, dünyəvi dövlət olan ölkəmiz din sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi, tolerantlığın daha da inkişafı, dini sabitliyin qorunması və çoxkonfessiyalı cəmiyyətdə ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin gücləndiilməsi üçün bunlara əməl etməlidir:

1. Vətəndaşların vicdan azadlığı barədə konstitusion hüquqlarının həyata keçirilməsi üçün və müxtəlif dövlət müəssisələrində inanclıların dinlərini yaşamalarına münasib şəraitin yaradılması;

2. Dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi və bərabər dini etiqad azadlığının təmin olunması üçün ölkədə dini qanunun qəbulu;

3. Müxtəlif dini etiqadların dini qurumları və mənsubları arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsi sahəsində hətta məktəblərdən başlayaraq təlim layihələr həyata keçirilməsi;

4. İdeoloji baxımdan ən həssas və incə mahiyyətə sahib olan dindən siyasi, qrup, şəxsi maraqlar naminə istifadə edən, yaxud din pərdəsi altında müxtəlif pozucu fəaliyyətlərə yönələn və bir sözlə vətəndaşlar arasında qarşudurma yaratmaq istəyənlərə nəzarətin gücləndirməsi;

5. Radikal dini qrupların, ekstremist ideologiya tərəfdarlarının, radikal qrupların dini qurumlara və ibadət evlərinə mümkün təsirinin, eləcə də onların təbliğatının və dini ekstrmizmə səsləyən ədəbiyyat və materiallarının yayılmasına nəzarəti və qarşısının alınması istiqamətində tədbirlərin kəmiyyət və keyfiyyət baxımından gücləndirilməsi;

6. Ölkədə sağlam yerli dini kadrların və mütəxəssislərin yetişməsi üçün ali dini təhsil ocaqının yaradılması sahəsində Gürcüstan Müsəlmanları İdarəsinə dəstək verməsi;

7. Ölkəmizin müxtəlif müsəlmanların sıx yaşadığı bölgələrdə yerli müsəlman vətəndaşların ənənəvi dini ibadət və ainlərini yerinə yetirmələri üçün münasib məscid və dini ibadət məkanlarının inşasına qanuni iznin verilməsi.

Sözümün sonunda fürsətdən istifadə edib dini məsələlərin həllində və ölkənin din-dövlət münasibətlərinin inkişafında və konfessiyaların hüquqlarının təmini sahəsində bizimlə əməkdaşlıq edən Dini Məsələlər üzrə Dövlət Agentliyinə yüksək əzmkar fəaliyyətlərinə görə təşəkkür edir, sədrinə və kollektivinə işlərində uğurlar arzulayıram.

Diqqətinizə görə minnətdarlığımı bildirirəm, Yaradan dövlətimizin və xalqımızın yar və yardımçısı olsun. Amin!

Əssəlamu Əleykum və rəhmətullahi və bərəkatuh!

TBİLİSİDƏ “GÜRCÜSTANDA İSLAM” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ (FOTO)
TBİLİSİDƏ “GÜRCÜSTANDA İSLAM” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ (FOTO)
TBİLİSİDƏ “GÜRCÜSTANDA İSLAM” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ (FOTO)
TBİLİSİDƏ “GÜRCÜSTANDA İSLAM” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ (FOTO)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button