Aktual

Mərkəzi Seçki Komissiyası Səmədovun müraciətinə baxmayıb

Qanunda nəzərdə tutulan müddət keçsə də, Mərkəzi Seçki Komissiyası Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Dr. Möhsün Səmədovun prezidentliyə namizədliyinin təsdiqlənməsi ilə bağlı müraciətə baxmayıb.

İslam Partiyası sədrinin müavini Akif Heydərli bildirib ki, “Ədalətli seçki uğrunda” təşəbbüs qrupunun Dr. Möhsün Səmədovun sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi vaxtdan artıq bir həftə keçir.

Akif Heydərli deyib : “Möhsün Səmədovun passiv seçki hüququ tanınsa və namizədliyi təsdiqlənsə, o, həbsdən azad olunmalıdır. Bu isə ölkə prezidentinin səlahiyyətinə aiddir. İslamçıların böyük ümidi var ki, ədalətli yanaşma olacaq, Hacı Möhsün Səmədov azadlığa qovuşacaq. Güman edirik ki, hakimiyyət Hacı Möhsünü azadlığa buraxıb-buraxmamaq məsələsində tərəddüd edir”.

Dr. Möhsün Səmədov 2011-ci ilin yanvarından tənqidi çıxışına görə həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə ittiham və 12 il müddətinə azadlıqdan məhrum olunub.

http://abna.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button