ArxivIslamXəbər lentiXəbərlər

Naxçıvan-Məşhəd qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək (CƏDVƏL)

Novruz Bayramı ərəfəsində sərnişin daşımanın təşkil edilməsi məqsədilə və İran İslam Respublikası ərazisində 21 mart 2017-ci il tarixindən etibarən yay vaxtına keçidlə əlaqədar olaraq, 15/16 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.

Bu barədə Hədəf14.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

16.03.2017-ci il tarixindən etibarən 06.04.2017-ci il tarixinədək qatar həftədə iki dəfə – həftənin cümə axşamı və bazar günləri Naxçıvandan yola düşəcək, həftənin cümə və bazar ertəsi günləri Məşhəd stansiyasına çatacaq. Həftənin şənbə və çərşənbə axşamı günləri isə Məşhəddən geriyə yola düşəcək, həftənin bazar və çərşənbə günləri Naxçıvana çatacaq.

Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixindən etibarən hərəkətə başlayıb. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button