ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Məhərrəm ayının yeddinci gününün tarixi hadisələri

Hicri-qəməri tarixi ilə bu gün 1444-cü ilin məhərrəm ayının yeddisinə təsadüf edir. Məhərrəm ayının yeddisi Aşura faciəsinin baş verməsində təsirli olan mühüm hadisələrlə yadda qalıb.

Tarifi faktlara görə artıq bu gündən Yezid ibni Müaviyənin İraq Ordusu Fəratın və onun kiçik qollarının suyunun İmam Hüseynin karvanına görə əlçatmaz olması üçün bölgəyə 500 hərbi qüvvə yerləşdirmişdi.

Yezid ibni Müaviyənin İraq valisi Ubeydullah ibni Ziyadın göstərişi ilə səhrada qalan İmam Hüseynin karvanına heç bir su, qida, yardım və dəstək çatmamalı idi. Məlumata görə belə bir gündə Ubeydullah ibni Ziyadın ordu başçısı Ömər Səd İmam Hüseynlə görüşmək və danışıqlar aparmaq istəyir. Lakin Ubeydullah Ömər Sədi təhdid edərək, onu bu işdən çəkindirir.

Məhərrəmlik ayının əzadarlıq ənənələrinə görə Əhli-beyt sevənlər adətən bu günlərdə İmam Hüseynin Aşurada şəhid olan övladları həzrət Əli-Əsğəri və Əli-Əkbəri anırlar.

Digər gecələr kimi, ötən gecə də Azərbaycanın əksər məscidlərində İmam Hüseynin və əshabının Aşura faciəsilə bağlı əzadarlıq məclisləri keçirilib və o həzrətin fəzilət və şəni barədə xütbələr oxunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button