ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Azərbaycanla sərhədə qoşun çıxarılması barədə məlumatları təkzib edir

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi sosial şəbəkələrdə yayılan İranın Azərbaycanla sərhədə ağır texnika yığması ilə bağlı görüntülərə aydınlıq gətirib.

Qafqaz.ir-nin məlumatına əsasən, səfirlik ölkə KİV-lərinin sorğusuna cavab olaraq bildirilib ki, İran İslam Respublikasının İslam Keşikçiləri Korpusunun (Sepah) rəsmi telegram kanalı yoxdur, Sepahın rəsmi mövqeyini rəsmi kanallar və bu qurumun sözçüsü tərəfindən öyrənmək olar.

“Sosial şəbəkələrdə yayılan xəbərlər saxtadır. Həmin görüntülər bir neçə il əvvələ aiddir. Bu kimi şayiələr iki ölkə əlaqələrinin bədxahları tərəfindən Tehran-Bakı əlaqələrini pozmaq niyyəti ilə dövriyyəyə buraxılır”, – deyə məlumatda qeyd olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button