ArxivXəbərlər

Bakıda İmam Əli(ə)-ın mövludu mərasimi keçirilib .

Kəbə mövludu İmam Əli(ə)-ın səadətli miladı münasibətilə Bakıda, Şəhriyar Mədəniyyət Evində şəhər sakinləri və iranlıların iştirakı ilə xüsusi mərasim keçirilib.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, İranın Bakıdakı Səfirliyinin Mədəniyyət Attaşeliyinin təşəbbüsü ilə keçirilən bu mərasimdə Vəli Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətülislam vəlmüslimin Ocaqnejad çıxış edərək, Möminlər Ağasının fəzilətlərinə işarə edib və deyib: Əziz İslam Peyğəmbəri(s.ə.s) məşhur “Mən elmin şəhəriyəm, Əli isə onun açarıdır” hədisi ilə o həzrətin necə əzəmətli bir mövqeyə malik olduğunu bəyan etmişdi.
O, çıxışının davamında İmam Əli(ə)-ın öz həyatını ədalət yolunda fəda etdiyinə toxunaraq, deyib: İmam Əlinin(ə) nəzərində hakimiyyətin dəyəri yox idi. Onun nəzərində hakimiyyət yalnız və yalnız ədalətin bərqərar edilməsi və məzlumların himayəsi üçün bir vasitə idi.
İranın Bakıdakı səfiri Möhsün Pakayin də bu mərasimdə çıxış edərək, İmam Əli(ə)-ın İranda “Atalar Günü” kimi qeyd olunmasına işarə edərək, o həzrətin ailə və ailə dəyərləri ilə bağlı baxışlarına toxunublar.
Əhli Beyt məddahlarından olan Hacı Yaşar Cahid isə İmam Əli(ə) haqda şerlər oxuyaraq, mərasim iştirakçılarını coşdurub.
İmam Əli(ə)-la bağlı keçirilən şer müsabiqəsinin qaliblərinin mükafatlandırılması, teatr səhnəciyinin icrası və şer oxumaq ilə davam edən mərasim iştirakçıların zövqünü oxşayıb.
İmam Əli(ə)-ın miladı münasibətilə dünən axşam da iranlıların Bakıdakı Əhli Beyt hüseyniyəsində maraqlı mərasim keçirilmişdi.
Kəbə mövludunun səadətli miladı münasibətilə bu gün də Azərbaycanda xüsusi mərasimlərin keçirilməsi nəzərdə tutulub./SəhərTV/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button