ArxivXəbər lentiXəbərlər

AİP Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyev qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

İslam aləminin ən əziz və müqəddəs günlərindən biri – Qurban bayramı Peyğəmbər Həzrət İbrahimin (ə) yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

Bu günlər xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Allah dərgahında qəbul olunması arzusu ilə bir daha hər birinizə səmimi təbriklərimi yetirirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin. Amin!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button