ArxivIslamXəbər lentiXəbərlər

Moskvada Qədir-Xum bayramı qeyd olunub (FOTO)

Moskvada İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri olan Qədir-Xum bayramı qeyd edilib.

SalamNews-un Moskva müxbirinin məlumatına görə, bayram münasibəti ilə İslam Mədəniyyət Mərkəzində “Əhli-beyt” cəmiyyəti tərəfindən tədbir təşkil edilib. Bayram şənliyi Qurani-kərimin qirayəti ilə başlayıb və bildirilib ki, məhz bu gün, Həzrət Məhəmməd Peyğəmbər (s) Allahın buyruğuna müvafiq olaraq Həzrət Əlini (ə) öz canişini təyin edib.

Tədbirdə çıxış edən ilahiyyatçılar Həzrət Əlidən (ə) danışıblar, imamın həyatının hər bir müsəlman üçün örnək olduğunu qeyd edərək islama verdiyi tohvələrini vurğulayıblar. Qədir-Xum bayramının hər bir mömin üçün əhəmiyyəti qeyd edilib. Çıxış edən Höccətül-islam vəl-müslimin Əkbəri Ciddi, ilahiyyatçı Namiq Abışov, “Əhli-beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov İslam dininin, müsəlmanların haqlarının tapdalandığını və haqsızlıqlara məruz qaldıqlarını bildiriblər.

Sonra tədbirin xüsusi qonağı olan Höccətül-islam Şeyx Əli Firuqi diqqətə çatdırıb ki, İmam Əlini (ə) tanımaq özünü tanımaq, onu anlamaq kamilliyə çatmaqdır. O, Həzrət Məhəmməd (s) peyğəmbərlə Həzrət İmam Əlinin (ə) münasibətlərindən danışıb. Peyğəmbərimizin niyə məhz Həzrət Əlini (ə) dəfələrlə müsəlmanların önündə yüksəltməsinin incə məqamları möminlərin diqqətinə çatdırılıb. Qədir-Xum bayramının müqəddəsliyini qeyd edilib.

Bayram mərasimi camaat namazı ilə sona yetib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button