ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İsrail mətbuatı: “Azərbaycan Amerikanın gizli silahıdır”

yəhudi mətbuatı olan “JNS” saytında Azərbaycanın İran əleyhinə  bir silah olduğu barədə məqalə yazılıb.Məqalədə deyilir:
“Amerika bir çox dövlətlərə o cümlədən NATO, İsrail, Latın Amerika, Asiya və Ərəb ölkələri ilə əməkdaşlıq edib. Bu əlaqələrin ən yüksək olduğu ölkələrdən biri Azərbaycandır. Məlumdur ki, Amerikanın mərkəzi Asiyada müttəfiqi çox olarsa, bizim təhlükəsizliyimiz o qədər təmin olunacaq. Azərbaycan Asiyada bizə bu strateji geosiyasi mövcudluğu verə bilər. Yaxşı xəbər budur ki, Azərbaycan prezidenti İlham Əliyev ilə əlaqələr pik həddədir”.
Məqalədə bu da qeyd olunur ki, Azərbaycanın 99 faizi şiə olmasına baxmayaraq, sekulyar və İsrail tərəfdarı olan bir ölkədir. Daha sonra İsrailin Azərbaycan ilə əlaqələrinə işarə olunaraq bildirilir ki, Azərbaycan Təl-Əvivdən 1.6 milyard dollar həcmində silahula alıb.  Azərbaycan ilk şiə ölkəsidir ki, İsrail ilə əlaqələri bu qədər güclüdür və Təl-Əvivdə səfirlik açıb. Azərbaycanın İsrail ilə əlaqələri İran üçün birbaşa təhdiddir.Məqaldə qeyd olunur:
“Azərbaycanın ABŞ ilə qarşılıqlı maraqları var. ABŞ və İsrail İran ilə düşməndir. Biz İran və Əfqanıstan kimi radikal cərəyanların aradan getməsini istəyirik. Bundan əlavə İsrail hər iki ölkə üçün güclü müttəfiqdir və Rusiyanın Mərkəzi Asiyada hərəkətləri bizi narahat edir.  Əgər Rusiya və İran bölgədə terrorçu aktları genişləndirərsə, biz bunun qarşısını almaq üçün Azərbaycanı siyası və hərbi güclə gücləndirə bilərik. Azərbaycana ən böyük ehtiyac oradan İranın nüvə obyektlərinə zərbələr endirməkdir. Artıq Azərbaycanla yüksək səviyyədə qarşılıqlı əlaqələri gücləndirməyin vaxtıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button