ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“İslamın davamlı təqir səbəbi qarşı tərəfə yetərli cavabın verilməməsidir”

Hegemon güclərin özününküləşdirilərək təsiri altına saldığı demokratiyanın növbəti iyrənc təzahürü sözün əsil mənasında rəzalətdir. Bir tərəfdən dinlərin, əqidə və inancın toxunulmamazlığı haqda danışan yalançı insitutlar digər tərəfdən öz maraqlarına cavab verən istənilən hüquq pozuntusunun seyrçisi olmaqla həqiqi mahiyyətini tam çılpaqlığı ilə nümayiş etdirir.
Əksər Avropa ölkələrində Holokost haqqında adi inkar fikirlərini söyləməyin demokratiyanın, azad söz ifadəsinin sərhədlərini aşaraq yəhudi xalqına təhqir sayıldığı üçün cinayət məsuliyyəti yaratdığı halda onlar, milyarddan artıq müsəlmanın heysiyyətinə təcavüz olunan İslam Peyğəmbərinin (s) Charlie Hebdo jurnalında təhqirini demokratiya, söz azadlığı sayır. Bütün bu halların əsas səbəbi isə müsəlman dövlətləri tərəfindən mövcud hadisələrə yetərincə təpki verilməməsi nəticəsində yalançı demokratların İslamın köklü əsaslarına qarşı həqarəti, təhqiri davamlı olaraq baş verməkdədir.
Analoji anti-islam addımlarının silsiləvi davamı olaraq növbəti dəfə Danimarkada Quranın təhqiri bir daha Qərbin yalançı demokratiyasının təzahürü, söz və fikir azadlığı arxasında gizlənən məkirli düşüncələrinin ortaya qoyduğu reallıqdır. Bu insanlığa üz qarası olan addım qətiyyətlə pislənilməli, hər bir müsəlman təbii olaraq buna öz haqlı iradını bildirməlidir.
Biz də öz növbəmizdə Danimarkada Quranın təhqirini kəskin pisləyir, İslam dünyasını mövcud hadisəni əməli cavablandırmağa səsləyirik.
Müsəlman Birliyi Hərəkatı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button