ArxivXəbər lentiXəbərlər

Gündüz Hacıyevin və şəhid Vaqif Abdullayevin ailələri ziyarət olundu

Azərbaycan İslam Partiyasının rəhbərliyi Qurban Bayramı münasibəti ilə  Fəzilət Partiyasının sədri mərhum Gündüz Hacıyevin və AİP-in sədr müavini şəhid Vaqif Abdullayevin ailəsini ziyarət edib.

 Bu barədə Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə daxil olan məlumatda bildirilir. Partiya funksionerləri ilk öncə Fəzilət Partiyasının sədri gündüz Hacıyevin evində olublar. Ailə üzvlərini Qurban Bayramı münasibəti ilə təbrik edən AİP rəhbərliyi, Gündüz Hacıyevin xalqımız üçün dəyərli və mənəvi bir şəxsiyyət olduğunu vurğulayıblar.

 Növbəti ziyarət edilən ailə isə günahsız yerə həbs edildikdən sonra 2012-ci ildə zindanda dünyasını dəyişən hicab şəhidi, AİP-in sədr müavini Vaqif Abdullayevin ailəsi olub.

 Vaqif Abdullayevin keçdiyi həyat yolunun uca və şərafətli bir yol olduğunu qeyd edən ziyarətçilər, ona Allahdan rəhmət və yaxınlarına isə səbr arzulayıblar. AİP-in sədr əvəzi İlham Əliyev bildirib ki, şəhid Vaqif Abdullayev Allah və ilahi dəyərlər uğrunda canını verən şəxslərdəndir. Məhz bu addımına və mübarizəsinə görə xalqımız üçün olduqca dəyərli və önəmli bir şəxsiyyətdir.

 

AİP rəhbərliyi bayram münasibəti ilə Gündüz Hacıyev və şəhid Vaqif Abdullayevin ailəsini ziyarət edib - Foto

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button