ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İslam dünyası və ərəb dövlətlərinin ən böyük düşməni sionist rejimdir

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, İranın Səudiyyə Ərəbistanı ilə danışıqlarda fəal iştirakı İran İslam Respublikasının qonşuları ilə dostluq və əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməsi prinsipi strategiyasına əsaslanır. Eyni halda o İranın sionist İsrail rejiminin İslam və Ərəb dünyasının ən böyük düşməni olduğuna diqqət çəkib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmhani özünün Tvitter səhifəsində sosial media hesabında paylaşdığı mesajda Məhəmməd bin Salmanın sionist rejimlə əlaqələri ilə bağlı açıqlamalarında  İran və Səudiyyə Ərəbistanı arasında aparılan danışıqlara toxunaraq deyib: İranın İraqın ev sahibliyi etdiyi Səudiyyə Ərəbistanı ilə aktiv və planlaşdırılan ikitərəfli görüşlərinin mövcudluğu İran İslam Respublikasının qonşuları ilə dostluq və əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən prinsipial strategiyasına əsaslanır. İndiyədək İraqın ev sahibliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında danışıqların dörd raundu keçirilib.”

Xatırladaq ki, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman öz müsahibələrində İranla mehriban qonşuluq çərçivəsində əlaqələr qurmaq istədiyini ifadə edib. O, eyni halda İsraili də özlərinə düşmən hesab etmədiklərini, İsrailin Səudiyyə Ərəbistanı ilə gələcəkdə müttəfiqi ola biləcəyini ifadə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button