ArxivXəbər lentiXəbərlər

Bakının müəmmalı “hicablı” dilənçiləri – Foto

İnsanlar ta qədim zamanlardan kasıb, orta və varlı olaraq siniflərə, təbəqələrə bölünmüşdür. Kasıblığı bərbat vəziyyətə salan dilənçilər deyə adlandırdığımız bu insanlar  bəzən həqiqətən ehtiyacdan, çox vaxt isə asan pul qazanmaq üçün bu yola üz tutur. Əl-ayağı düz, işləmək üçün heç bir maneəsi olmayanlar belə fırıldaqlıq edərək özünü əlil kimi göstərib dilənirlər. Təbii ki, dilənməkdən başqa çıxış yolu olmayanlara sözümüz şamil edilmir.

Bundan başqa mədəni dilənçilər də var ki, “pul qabım evdə qalıb, filan yerə xəstə yanına gedirdim, kömək edin” kimi yalanlar deyərək insanları aldadırlar.

Dünyanın hər yerinə virus kimi yayılan, dilənçiliyi özünə peşə edənlər Azərbaycanda da heç də az deyil. Ölkənin hər yerində bu işlə məşğul olan insanlara rast gəlmək mümkündür.  Özlərinin dilənməsi azmış kimi uşağını ailəsini də diləndirənlər az deyil.
Ölkəmizdə Sovet hakimiyyəti hökm sürən dövrlərdə dilənçilik cinayət işi hesab olunurdu və bu işlə məşğul olanlar Cinayət Məcəlləsinin 215-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilirdilər. Müstəqillik əldə etdikdən sonra isə Azərbaycanın Avropa konvensiyalarına qoşulması ilə həmin müddəa ləğv edildi. Artıq onların azad və sərbəst şəkildə toplaşmaq və dilənmək azadlığı var. Bu səbəbdən dilənçilərə qarşı hər hansı tədbir görülmür. Ən yaxşı halda onları polis saxlayıb ərazidən uzaqlaşdıra bilir. Bəzi hallarda isə müvəqqəti saxlanma təcridxanasına aparılırlar. Ancaq bu da heç nəyi dəyişmir.
Şəhəri başdan-başa işğal edən, paytaxtın hər yerinə yayılan qaraçı dilənçilər sərbəst şəkildə hərəkət edir, metroda, avtobusda, küçələrdə, ara yollarda, tinlərdə, restoran-kafelərdə belə dilənirlər. Bəziləri cibgirlik edir, bəziləri fala baxır, bəzisi də həqiqətən ehtiyacdan dilənir.
Belə ki, Bakıdakı dilənçilərin sayını nə Dövlət Statistika Komitəsi, nə də qeyri-hökumət təşkilatları bilir. Çünki onlarla ünsiyyətdə olanlar yalnız polislərdir. Hər yeni ilin ilk ayları dilənçiləri yığmaq üçün Bakı polisi reydlər keçirir və bu yolla onların sayını azaltmağa çalışır.
Lakin maraqlı olan budur ki, son illər hicablı formada dilənən qaraçı qadınların sayı artıb. Bir neçə müddət bundan öncə hətta belə bir məlumat yayılmışdı ki, sözügedən “hicab”lı dilənçilərə bu cür geyim geyinməklə bağlı haradansa xüsusi tapşırıq verilib. Lakin sözügedən məlumatın nə dərəcədə doğru olmasını iddia etmək isə bir qədər çətindir. AzadXəbər əməkdaşları tərəfindən lentə alınan hicablı dilənçilərdən bir neçəsinin görüntülərini sizlərə təqdim edirik.
Aysel Məmmədli

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button