ArxivXəbər lentiXəbərlər

İŞİD tərəfindən şəhid edilən Möhsün Höcəci barədə həyat yoldaşının xatirələri

“Hərkəs Ağa Möhsün ilə mənim məhəbbətimə qibtə edirdi”

İslaminSesi avqustun əvvəllərində Suriya-İraq sərhədinə yaxın bölgədə İŞİD tərəfindən edilmiş hücum nəticəsində tutularaq şəhid edilən iranlı könüllü Möhsün Höcəcinin həyat yoldaşının onun barəsində dediyi sözləri təqdim edir:

 

“Nigah masasında oturduğumuz zaman Möhsün mənə dedi ki: “Hazırda yalnız ikimiz varıq və qarşıdakı güzgüdə təkcə ikimiz görünürük. Səndən bir istəyim var. Mənə, səadətə və şəhadətə çatmaq yolunda kömək etməyini istəyirəm”.

Mən də nikah masasında, ona bu yolda kömək edəcəyəm dair söz verdim.

Möhsün, həqiqətən məndən və uşağımızdan imtina etdi. Çünki həqiqi eşqi ilahi məhəbbət idi. Hər kəs Möhsünün və mənim bir-birimizi nə qədər çox sevdiyimizi bilirdi. Hər kəs mənim və həyat yoldaşımın məhəbbətinə qibtə edirdi. Amma Möhsün həmişə mənə deyərdi: “Zəhram, sənə və oğlum Əliyə olan məhəbbətdə heç bir şübhən olmasın! Amma məsələ Həzrət Zeynəb olarsa, səni və oğlumu qoyub gedəcəyəm”.

Əgər oğlum Əli istədiyim kimi böyüyərsə, atası ilə fəxr edəcək və inşallah ona da şəhadət nəsib olacaqdır. Atasının əsarət və şəhadətini görəndə onun nə qədər cəsur, imanlı və çalışqan olduğunu anlayacaq.

Möhsünün dəfn yerinə gələn hər kəsdən xahiş edirəm; göz yaşlarınız Həzrət Zeynəb üçün, İmam Hüseyn üçün olsun ki, mənim şəhidimin qəlbi də razı olsun”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button