ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan arasında quru nəqliyyat rüsumları azalıb

İran İslam Respublikası və Azərbaycan Respublikası arasında nəqliyyat rüsumları azaldılıb.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, İranın Azərbaycandakı səfirliyinin iqtisadi attaşşesi Məhəmməd İbrahimi bu məlumatı verərək deyib: İki ölkə arasında ötən il qışda Naxçıvanda keçirilən iqtisadi əməkdaşlıqlar üzrə müştərək komissiyanın 11-ci iclasında əldə olunmuş razılaşmaya əsasən iki ölkə arasında nəqliyyat rüsumları 160 dollardan 100 dollara endirilib və bu qərar Avqustun 8-dən etibarən həyata keçirilir.

İranlı rəsmi İran ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələrinin genişlənməsi, idxalat və ixracat mallarının daşınması xərclərinin azaldılması, eləcə də Azərbaycan yolu ilə Gürcüstan və Rusiyaya yük daşıyan iranlı yük maşınlarının nəqliyyat xərclərinin azalması, nəqliyyat rüsumlarının endirilməsində qarşıya qoyulmuş əsas məqsədlər olduğunu bildirərək deyib: Rüsumun endirilməsi ixracat və idxalat mallarının yekun qiymətinin azalmasında da təsirli olacaq.

Azərbaycan Respublikası ərazisində gediş-gəlişdə olan iranlı yük maşını sürücüləri də nəqliyyat rüsumlarının 60 dollar miqdarında azalmasından razı qaldıqlarını bildirir və bu qərarın nəqliyyat xərclərinin azalmasında önəmli rol oynayacağını deyirlər.

Quru nəqliyyatı İran və Azərbaycan Respublikasının iqtisadi inkişafında önəmli rola malikdir. İranın yollara nəzarət təşkilatının beynəlxalq nəqliyyat ofisinin ötən il üçün yaydığı statistik məlumat göstərir ki, bu il ərzində 51 min 473 ədəd İran yük maşını Azərbaycana və 50 min 831 Azərbaycan yük maşını İrana gediş-gəliş etmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button