ArxivXəbər lentiXəbərlər

İnsanları intihara sürükləyən səbəblər və bu faciədən xilas olmağın tək yolu

Fərid Abdullah: “Həyatdakı problemlər bizə intihar etmək üçün səbəb deyil”

Azərbaycanda intihar edənlərin sayının hər ötən gün daha da artması statistikada öz əksini tapır. İnsanlar müxtəlif səbəblərdən ( ağır xəstəlikdən, depressiyadan, ailəsinin dağılmasından və sair) intihara əl atırlar və çıxış yolunu canlarına qıymaqda görürlər. Lakin psixoloqlar və bu sahə ilə məşğul olan digər mütəxxəsislər dəfələrlə bəyan edirlər ki, intihar problemlərdən çıxış yolu deyil. Bir çox hallarda insanları intihar fikirindən çəkindirən psixoloqların özlərinin bu yola əl atmaları isə cəmiyyətin ağır durumundan xəbər verir. Tanınmış psixoloq Dəyanət Rzayevin intihar xəbəri də cəmiyyəti sarsıtdı və həyəcan təbilinin çalınması üçün işarə oldu. Hər kəsi bir sual düşündürdü. İnsanları intihar fikirindən, depressiyadan, xilas edən psixoloqun özünün bu yola əl atması nəyə işarədir?.

İslaminSesi mövzunu ilahiyyatçı-yazar Fərid Abdullah ilə müzakirə edib. İlahiyyatçı bildirib ki, ilk növbədə müqəddəs Qurani Kərim bizə intiharın günah olduğunu deyir: “ İnsan Allaha nə qədər çox bağlansa və İlahi qüdrətdən başqa hər şeyin fani olduğunu dərk etsə, o zaman mənəvi gücü artar. Yəni inanc insanı intihardan saxlayır”.

Fərid Abdullahın sözlərinə görə, bir çox insanlar intihar edən şəxsləri qınamağın düzgün olmadığını deyirlər. Həmin insanların hansı problemlərlə dolu bir həyat yaşamasından xəbərsiz olduğumuzu bizə irad tuturlar. Lakin həyatdakı problemlər bizə intihar etmək üçün səbəb deyil: “ Bizə peyğəmbərlərin və Əhli-beytin həyatı hər zaman örnək olub. Əyyub (ə) peyğəmbərin həyatına nəzər salsaq, bütün bu məsələlərə cavab tapa bilərik. Əyyub (ə) peyğəmbər əlindəki bütün nemətləri itirdi. Lakin o Allaha sığındı və intihar etmədi. Nəticədə Allah ona nicat verdi. Yəni insanlar bilsələr ki, Allah onların yanındadır və haqqlarını müdafiə edir, o zaman intihar və bu kimi hadisələrdən uzaq olarlar”.

İlahiyyatçı qeyd edib ki psixoloqlarda inanc olmadığı təqdirdə, onlar nə özlərinə, nə də xəstələrinə yardım edə bilməzlər: “ Psixoloqların başqaıarına kömək göstərmələri, onların özlərinə yardım edə biləcəkləri anlamına gəlmir: Həzrət Əli (ə) özü hər zaman insanlara məsləhət və tövsiyyələr verərdi. Lakin səhabələrindən də məsləhətlər istəyərdi. Səhabələr İmama deyəndə ki, biz sənin moizələrini dinləyirik, sənə nə məsləhət verək, o zaman Həzrət cavabında belə deyərdi: “ Hər bir qulaq da eşitməlidir”. Səhabələr təbii ki, İmam Əli (ə) –ın nəsihətlərini özünə qaytarırdılar. Burdan belə nəticəyə gəlmək olar ki, hər bir psixoloqun özünün də nəsihətə ehtiyacı var. Ümumiyyətlə hər bir insan inanca köklənməli, Allahla arasında olan rabitəni qoruyub saxlamalı və mənəvi əlaqəni kəsməməlidir. Bütün bunlarla hər bir məsləhət verən insan, özü də nəsihət dinləməlidir və ətrafında yaxşı adamlarla ünsiyyət qurmalıdır. Bu zaman intihar və depressiya kimi mənfi hallara sürüklənməkdən xilas olmaq mümkündür”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button