ArxivXəbər lentiXəbərlər

İŞİD-in gələcəklə bağlı amansız planı üzə çıxdı

Yaxın Şərqdə gizli bir mənbədən verilən məlumatda İŞİD-in gələcək planları açıqlanıb.

Qafqaz mədəniyyət mərkəzi  CNN-ə istinadən xəbər verir ki, İŞİD-in sonrakı planlarında yeni girovlar əldə etmək üçün Livan və İordaniyaya hücum etməsi nəzərdə tutulub. Məlumatda İŞİD-in girovları Suriyaya apararaq yeni təbliğati video çarxlar hazırlayaraq dünyaya yayacağı da qeyd edilib.

CNN-in milli təhlükəsizlik məsələləri üzrə şərhçisi Mayk Roccer bu məsələyə rəy bildirərkən bunu mümkün məsələ kimi qiymətləndirib.

O bildirib ki, Suriyanı tərk etmiş qaçqınların çoxu Livan və İordaniya sərhədində yerləşdirilib. İŞİD belə halda qaçqın düşərgələrini tutmağa cəhd edə bilər.

ABŞ-ın istefaya çıxmış aviatoru Rik Frankona isə Suriyanın sərhədində və Şimali İordaniyada çoxlu İŞİD tərəfdarları olduğunu qeyd edib.

Ekspertlərə görə isə, digər narahatedici məsələ İŞİD-in girovları qul kimi satmağa hazırlaşmasıdır.

Mayk Roccer vurğulayıb ki, İŞİD-in bu planı sadəcə pul tələsidir və biz bu məsələ ilə bağlı heç bir səhvə yol verməməliyik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button