AktualAktualArxivXəbər lentiXəbərlər

Ermənilərin soyqırımı iddiaları yalandır!

“Ermənistanın ilk baş nazirinin Daşnaksütun Pratiyasına hesabatı” kitabı İranda çapdan çıxıb. Müəllifi Ovanes Kaçaznuni olan kitabı Səccad Zeynali tərcümə edib.

Qafqaz Mədəniyyət mərkəzinin verdiyi məlumata əsasən, “Ermənistanın ilk baş nazirinin Daşnaksütun Pratiyasına hesabatı” kitabı Buta nəşriyyatı tərəfindən çap edilib. Kitabda Ermənistanın ilk baş naziri və Daşnak Partiyasının təsisçisi Ovanes Kaçaznuni ermənilərin osmanlı türkləri tərəfindən  soyqırımına məruz qalması mövzusuna toxunur. Bu hesabatda soyqırımı iddiasının yalan olduğu etiraf edilir.

Kitabda yazılır: “Türklər nə etdiklərini bilirdilər və bu gün təəssüfə yer yoxdur. Onların atdığı addım Türkiyə erməni probleminin həlli üçün ən münasib addım idi.”

1920-ci il, 14 oktyabrda komandan hesabatdan əldə edilən məlumat əsasında mərkəzi qərərgaha yazır: “Mənim məmurum  Selcan ermənilərindən birinin bələdçilik etdiyi türk süvari alayının duz-çörəklə qarşılandığını görüb. Mənim məmurum çörək bişirən erməni qadınlarından bu işi kimin üçün gördüklərini soruşduqda deyiblər ki, türklər üçün!”

Soyqırımında ittiham edilən türk ordusunun ermənilər tərəfindən belə sevinclə qarşılanması soyqırımı ittihamının həqiqətdən uzaq olduğunu göstərir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button